Ərdoğan Makrona Azərbaycan Prezidentinin tövsiyəsi ilə cavab verdi
Tarix: 04.12.2020 / 17:21 •
Oxundu: 70 dəfə •
“Əziz qardaşım İlham Əliyevin Fransaya bir tövsiyəsi var. O deyib ki, erməniləri bu qədər sevirlərsə, Marseli onlara versinlər. Mən də eyni məsləhəti verirəm”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məscid muzeyində çıxış edərkən bildirib.
O, həmkarı Emmanuel Makronu Fransanın başına bəla adlandıraraq, onun rəhbərliyi altında ölkənin çox təhlükəli dövr yaşadığını vurğulayıb.
“Ümid edirəm ki, Fransa Makron bəlasından qurtaracaq. “Sarı jiletlər” “qırmızı jiletlər”ə çevrilə bilər. İdarə olaraq hansı qərarı verəcəklərini görəcəyik”, - deyə o bildirib.
R.T.Ərdoğan, həmçinin, Minsk Qrupunun Qarabağ məsələsində vasitəçilik roluna toxunub və qeyd edib ki, Fransa artıq vasitəçilik rolunu itirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının Dağlıq Qarabağın “müstəqilliyini tanıması” ilə əlaqədar hökumətə çağırışına münasibət bildirərkən, Parisə “çox istəyirsə, Marseli ermənilərə vermələrini” təklif etmişdi.