Bu gün:


Nazim İdeal: Vətəndaş dövlətindən qorxmamalı, ona güvənməlidir!

Tarix: 10.10.2022 / 21:40  •   Oxundu: 207 dəfə  •  

Gəlini Günay Mirzəyevanında iştirak etdiyi 12 nəfərlik cinayətkar şəbəkənin törətmiş olduğu qətl hadisəsi Şirvan Şəhər HMO-ı tərəfindən konfidensial-konsensus alqı-satqı predmetinə çevrilmiş hüquq çəlləyində gizlədilməkdədir.
Qətl hadisəsini ilk görən "çoban" ayamalı Fərhad Yolçuyev 102 çağrı xidmətinə telefon açır və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlir.

Lakin bu günə kimi Fərhad Yolçuyev dindirilməyib.
Qətlə yetirilmiş Mirzəyev Elman Nizami oğlu həyat yoldaşının qardaşı (dayısı uşaqları) İbrahimov Şahin Ramiz oğluna borclu olub. Dayısıoğlu, həm də qaynı Şahin pulun alınması üçün rayonun narkobaronu və əsas realizatoru Mirağa Məstəliyevə müraciət edir.
Mirağa 09.09.2021-ci il tarixdə mərhum Elmanın yaşadığı ünvana gəlib onu öz avtomobilinə otuzdurub aparır və bir daha geri qayıtmır.
2 gündən sonra, 11 avqust 2021-ci il tarixdə Elmanın meyidi Sabirabad rayonunda kollektordan tapılır.
Autentik şahidlərin gördüklərinə rəğmən qətl hadisəsini Mirağa Məstəliyev, Şamo İbadov,Elçin Zeynalov, Şəbnəm Zöhrabova və digər şəxslər törətmişlər.

İttiham idarəsinin sonaloqsuz tövsüfü.....
Azərbaycan Respublikası CM-si.
Maddə 143.Təhlükədə qoyma.
Nə gözəl Azərbaycan!?

Qanunlar kimisini cəzalandırır,kimisinə imtiyaz verir.
Əldə etdiyim məlumata əsasən, cinayətkar şəbəkənin başçısı Mirağa Məstəliyev rayonda iri çaplı bariqalardan olub və o, törətmiş olduğu bütün cinayətlərdə bir sıra məmurlarla əlbir olub.
Ona görə də onu və onun komandasında təmsil olunan bariqaları mühakimə etməməkdən ötrü milli qanunlar yenidən siğə edilməyə məhkumdur.
Hazırda araşdırmasız, Cinayət-Prosessual Qanunvericiliyinin təyinatı modifikasiya dövrünü yaşamaqdadır.

"İttiham Aktı" ratifikasiya edilmək məqsədilə Şirvan Şəhər Məhkəməsində süründürməçilik mərhələsindədir.
1 dəfədə olsun normal məhkəmə prosesi keçirilməyib.

1 ildən artıq davam etdirilən məhkəmə süründürməçiliyi dönəmində cinayəti törətmiş şəxslər,şahidlər, ekspertlər, FHN-in əməkdaşları dindirilməyib.
Cinayət hadisəsini sifarişçinin zövqünə uyğun məhkəmə araşdırılması Şirvan Şəhər Məhkəməsinin hakimi Ziya Əliyevin icrasına verilsədə, onun əmək qabliyyəti sıfıra endiyindən iş materialları digər hakim Elçin Qurbanovun icraatına verilmişdir.
Ənənəvi bürokratik sobatajlar artan xətt üzrə davam etdirilməkdədir.
Səbəb:
Cinayətkar şəbəkənin konsentrik dairələrlə əlaqəsidir;
Zərərçəkmiş ailənin kasıb,hüquqsuz.., olmasıdır...
Olsun....
Bəs Sizi ana doğmayıbmı..?
Öləniniz, köks ötürdüyünüz kimsəniz yoxdurmu...?
Tumarladığınız baş,sevdiyiniz bir kimsə, hörmət etdiyiniz şəxs yoxdurmu???
75 yaşlı Aminə Ananın ünvanıma göndərdiyi fotoları və sənədləri seyr etmək ürək istər...
Allahın qəzavü-qədərinə kəllə atacaq qədər oğraşlaşmış başlar unutmamalıdır ki, bu cinayətin dispozisiyası ARCM-in 143-cü maddəsi deyil, ən yaxşı halda 120.2.1; 120.2.4; 120.2.5; 120.2.9; 120.2.11-dir.