Bu gün:


NAZİM İDEAL: BAKININ DƏRDİ VAR MƏMUR ZİBİLDİR!

Tarix: 16.10.2022 / 21:19  •   Oxundu: 174 dəfə  •  

Paytaxtın mərkəzi küçələri,xüsusilə 28 May,Nizami,Xəqani,Dilarə Əliyeva küçələri xarabazarı xatırladır.
Elə bir məəmırr yoxdur ki, məhz bu küçələrdə özünə biznes şəbəkəsi qurmasın.Əhalinin sıxı dolaşdığı bu məkanlarda xislətdən və genetik koddan dolayı məəmırrlar priton fəaliyyətinə üstünlük verir.
Bar,massaj mərkəzi, kafe,gecı klubu adlı pritonların xidmət növləri eyni zamanda mühafizə olunur.

Səkilər belə zəbt olunub.
23 Saylı orta məktəb,uşaq bağçasına giriş-çıxışlar zəbt edilib.Həyətlər,səkilər də "am" şurasının ködəkçələrindən geymiş gədəçələr tərəfindən parkovka xəracı toplanmaqdadır.
Niyyət eynidir.Nə edirsən et,günün sonunda hansısada bir donuz xislətli məmurun icarə pulunu ödəməlisən.
Bütün bunların əksəriyyəti Nəsimi İcra Hakimiyyətinin ərazisini əhatə edir.
VƏ bunları Bizdən başqa yəqin ki,dövlətə-xalqa xəyanət etmək üçün məsul edilmiş başlarda görür.
Hələlik ZİBİL YEŞİKLƏRİNƏ sığınmış və bu yolla ailə saxlayan məəmırrların digər əməllərindən bəhs etmək istəyirəm.

MTN-in müavini Hilal Əsədovun yaşadığı 28 May küçəsi 13; 28 May küçəsi 10; Dilarə Əliyeva küçəsində yerləşən "Köz Dönər", Sədərək Yusifin zəbt etdiyi və müxtəlif əcaib profildə xidmət göstərdiyi zirzəminin zibilləri RÜŞVƏT və DİREKTİVLƏR üzrə 28 May küşəsi 11 ünvanına atılır.

NİYƏ?
RÜŞVƏT və yaxud da hansısa namus-əqidə alverçiliyi edib vəzifəyə mindirilib böyük zibil olmusuz???
Zibillərinizidə özünüzlə götürüb aparıb əziz-doğmalarınızla birlikdə həzm rabedən keçirə bilərsiniz.
Lakin bu ünvanda (28 May küçəsi 11) yaşayan 35 ailənin hüquqsuzluğundan,susqunluğundan bəhrələnib körpə uşaqların, gənclərin,qocaların  gəzmək,dolaşmaq haqqını zibilləyə bilməssiniz!

Onsuzda ölkəni başdan ayağa zibilliyə çevirmisiz!


Ərazi Nəsimi rayonu 15 Saylı MİS-nin olsada zibilxanaların vəziyyətinə Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfat departamenti nəzarət edir.

"Dobro", Sərəncam,Direktivlər Nəsimi İH-in və Bakı Meriyasının kurasiyasındadır.
Yəni Bakı Meri Eldar Əzizov, Nəsimi İHB-sı Asif Əsgərov və MKT departamentinin rəisi Rəfail Mehralıyev kazusla bağlı bilavasitə məsuldurlar.

Problem həllini tapanadək diqqətimdə olacaq!