Bu gün:


Nazim İdeal: "Hər kəs öz böhtanlarına cavab verəcək"

Tarix: 26.10.2022 / 11:00  •   Oxundu: 195 dəfə  •  

Hakim Fərid Əyyubovun sədrliyilə keçirilən məhkəmə prossesində iddiaçının vəsatətləri və eyni zamanda iş materialları üçün vacib olan digər sənədlər təqdim edildi. Məhkəmə prossesində bəlli oldu ki, bir zamanlar Nazim Quliyevin buyruqçularından olmuş cavabdeh Ramin Cavadov Nazim Quliyevə məxsus Audi Q7 avtomobilini ona məxsus olduğunu iddia edərək Nəsimi, Abşeron, Hüquq mühafizə orqanlarına şikayətlər etmiş və şikayətlərin məntiqi nəticəsi olaraq rədd qərarı verilmişdir.
Polis və prokurorluğun qəbul etdiyi qərarlardan razı qalmayan cavabdeh Baki şəhəri Nəsimi rayonu məhkəməsinə şikayət etmiş və hakim Tağıyev Ceyhun Əlikram oğlunun 02.11.2021-ci il tarixli qəbul etdiyi Qətnamə iddiaçının iddia tələbinin absurd olduğunu de-şifrə edərək Nazim Quliyevin xeyrinə Qətnamə qəbul edilmişdir. Qətnamədən razı qalmayan Ramin Cavadov Baki Apellyasiya məhkəməsinə Apellyasiya şikayəti vermişdir. Baki Apellyasiya məhkəməsinin hakimi Həsənov Rəşad Məhəmməd oğlunun 10.03.2022-ci tarixli qəbul etdiyi Qətnamə yenidən cavabdeh Nazim Quliyevin xeyrinə yekunlaşmışdır. Qanuni qüvvəsini almış məhkəmə Qətnamələri üzrə ona qarşı atılmış şər və böhtanların cavab vermək və eyni zamanda mənəvi zərərin əvəzi olaraq İDEAL Partiyasının başkanı Nazim Quliyev məhkəmə davası açmaqda tamamilə haqlıdır.

Zəruri olaraq qeyd edək ki, bir zamanlar Nazim Quliyevə qarşı geniş hakimiyyət resurslarından bəhrələnərək bu və digər formalarda arsenalında olan sahibsiz, abırsız, yüyənsiz "qadınların" arxasına arxa olan "atvyorka elminin" akademiki Ramiz Mehdiyev və Reket jurnalistikasının professoru Əli Həsənovun universal ssenariləri üzrə təşkil etdikləri şər və böhtan xarakterli iftiranamələr marginal orqanlar tərəfindən qeyri-şərtsiz icra olunduğundan bir çox ədədlər hələdə həmin adət-ənənənin nostalji eyforiyasındadırlar. 
  Lakin bu gün Ramiz Mehdiyev, Əli Həsənov və onların xain komandası öz zibilləri ilə birlikdə cəhənnəmə gömrüldüyündən insanlarda dövlətçiliyə ümid qığılcımları parlamağa başlayır...

Növbəti məhkəmə prossesi 16 noyabr 2022-ci il, saat 10:20-ə təyin edilmişdir.

İnci Osmanqızı