Bu gün:


SAXTAKARLIĞIN ÜNVANI

Tarix: 22.03.2022 / 16:53  •   Oxundu: 428 dəfə  •  


Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakim statusunu daşıyan Cəmilə Musayeva ilə bağlı növbəti rüsvayçı fakt İDEAL –a daxil olmuşdur.

Bakı Şəhəri Yasamal Rayonu SM-Xiyabani küçəsi ev 211, mənzil 37 ünvanında yaşayan Kazımova Yeganə Əlipaşa qızı İDEAL –a rəsmi olaraq müraciət ünvanlamışdır. 

Müraciətdə Xanım Kazımova bildirir: “ Bakı Şəhəri Nəsimi Rayonu İbrahim Əbilov küçəsi 115 saylı ev bizim mülkiyyətimizdədir. Həmin evin paylı 6/1 hissədə mülkiyyətçisi olmuş cavabdeh Məmmədova Atlas Ənvər qızı bizdən xəbərsiz ona aid həmin pay hissəsini Bakı Şəhər Nəsimi Rayonu 13 saylı Notariat kontorunda bağlanan 04.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh Həsənov Rövşən Mehdi oğluna satmışdır. 

Onlar arasında bağlanmış bu müqavilə barəsində biz iddiaçılardan Həsənov İbrahim Mehdi oğlu 01.04.2021-ci il tarixdə həmin evə dair öz adına yeni çıxarış alarkən xəbər tutmuşuq.

Belə ki, həmin çıxarışda artıq cavabdeh Həsənov Rövşən Mehdi oğlunun paylı mülkiyyətçi kimi adı qeyd edilmişdir.

Bu barədə xəbər tutduqdan sonra biz Ədliyyə Nazirliyinin notariat idarəsinə müraciət edərək cavabdehlər arasında alqı-satqı müqaviləsinin Bakı şəhər 13 saylı notariat ofisində bağlandığı barədə məlumat ələd etdik.

Belə ki, həmin müraciətimizə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəisi Mehman Soltanovun 14.09.2021-ci il tarixli məktubunda cavabdehlər arasında müqavilənin 04.06.2018-ci il tarixdə, Bakı Şəhər 13 saylı Notariat Kontorunda (DNK)  bağlanıldığı qeyd edilmişdir. 

Belə ki, cavabdeh Məmmədova Atlas Ənvər qızı bizə payını satması barədə heç bir bildiriş göndərməmiş , öz növbəsində cavabdehlər arasına alqı-satqı müqaviləsini bağlayan  şəxs Bakı şəhər 13 saylı notariat ofisi də qanunun yuxarıda qeyd etdiyimiz tələblərini pozaraq biz payçılara Atlasın payını almaq barədə heç bir təklif bildirişi göndərməmişdir. Bu qanunsuz hərəkət isə bir payçı kimi bizim qanuni maraqlarımızı kobud şəkildə pozmuşdur.

Qeyd edək ki, biz iddiaçılar cavabdeh Məmmədova Atlas Ənvər qızının mübahisəli evdə olan payını almaqda maraqlı olmuşuq. Lakin o, bizə xəbər vermədən evini başqa şəxsə satmışdır. 

Qanunsuzluqlarla bağlı ədalətin bərqərar olunacağı ünvan hesab edilən Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə verdiyimiz iddia ərizəsinin “araşdırılmasına məhsul edilmiş” Musayeva Cəmilə Ceyhun qızı məhkəmə prosesini 2 il süründürsədə hüquqa-qanuna və insanlığa 2 qəpiklik dəyər verməyi bacarmamışdır!? 

Bu qadın sanki bizlərdən, biz vətəndaşlardan  intiqam alırmış kimi davranır, verdiyimiz vəsatətlər müzakirəyə çıxarılmadan yerindəcə rədd edir, üzərimizə tullayırdı. Hesab edirik ki, ümumiyyətlə Cəmilə Musayevanın hüquqi təhsili yoxdur!?

 Bəlkəmdə bu qadın hüquq və qanun terminlərinin mahiyyətini qanmır. QANSAYDI açıq tekstlə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində ifadə olunduğu kimi: 

1. Azərbayacan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 

Maddə 29. 

2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Ç I X A R I Ş”

Seriya RX, nömrə 0934380 ehtiva edirki, Bakı Şəhəri Nəsimi Rayonu İbrahim Əbilov küçəsi, ev 115 mülkiyyət hüququ ilə (Daşınmaz əmlakın reyestr nömrəsi: 008011000942-10301) Kazımova Yeganə Əlipaşa qızına məxsusdur. Belə olan halda Cəmilə Musayeva hansı dövlətin qanunları, hansı ağılla vətəndaşın mülkiyyətini digər şəbəkənin xeyrinə həll edə bilir və Azərbaycan Respublikası adından “Qətnamə” çıxarır!?

P.S Musayeva Cəmilə Ceyhun qızının qanunsuz əməlləri ilə bağlı zərəçəkmiş şəxslər məhkəmə müstəqilliyinin təminatçısı Prezidentə, Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova şikayət etmişlər.

P.P.S Ədalətin bərqərar olunaçağı ünvanı xəyanət yuvasına çevirmiş Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin  “hakimi” Cəmilə Musayevanın əməllərindən zərərçəkmiş şəxslər  İDEAL – a ( Ünvan: AZ-1025.  Bakı Şəhəri, Xətai Rayon Yusif Səfərov küçəsi 25; TEL: 012-490-18-18; 050-255-55-65) müraciət edə bilər və Xalqımıza təmənnasız xidmət etmək tutduğumuz şərəfli yolun elementlərindən bir hissəsidir. 

 

Mövzu diqqətimizdədir.

İnci Osmazqızı.