Bu gün:


NAZİM İDEAL: Allah verdiyi baş aşağı salmaq üçün deyil, yuxarı baxmaq üçündür!

Tarix: 31.10.2022 / 21:40  •   Oxundu: 137 dəfə  •  

İDEAL Partiyasının Başkanı,İDEAL Media Group-un qurucusu,Qarabağ Qazisi Nazim Quliyevin ad günü ərəfəsində görüşüb səmimi təbriklərimizi çatdırdıq və bir sıra məsələlərə də aydınlıq gətirdik.

Müsahibəni qısa şəkildə təqdim edirik:
-Dünyaya göz açdığınız günü harda keçirəssiz və kimlərlə?
-Heç xoşlamadığım günlərdən biri....Sözsüz ki,simvolik olaraq bu gündən istifadə edən tanışların  keyf etmələri üçün nə lazımsa oda olacaq.Lakin, sevmədiyim,istəmədiyim gündür 01.11....
Dünyaya göz açdığım Vətənim Qubadlı 2-ci ildir ki, işğaldan azad edilsədə,hələ də o müqəddəs topraklara sahibləri buraxılmır, al-ver gedir....

İnsan öz el-obasına saatla,icazə ilə necə gedə bilər ki?
Axı ora Sənin göbəyinin kəsildiyi,uşaqlıq xatirələrinin babollu yazıdır.Dövlətimizdən obyekt kimi istifadə edən it arıları hələlik Bizim məkanlara öz arılarının və fərarilərinin komfort gəzintisini təşkil edir.Digər vətəndaşlarsa 300-500 manat civarında rüşvət verib görmək şansı qazanırlar...

-Keçən günlərə qayıtmaqçün, gələn günləri qurban verərdinizmi?
-30 ildən çoxdur ki, Biz Millət olaraq yaşamırıq.Sutener ideologoyasının seyricisinə çevrilmişik.Şərəfli İnsanların ideyaları,arzuları bir çox çörəkləri pritonlardan çıxan geniş hakimiyyət resurslu iri və xırda buynuzlu davarların ("məmur") müəyyən etdiyi qaydalar üzrə tənzimlənir.Allahın bəxş etdiyi bütün Qədərlər gözəldir və məmnunam.
Qurbanlıq işinə sonaloqsuz hökumətimiz baxır...

-Çox maraqlıdır.Xanımlara yoxsa Bəylərə daha çox inanırsız?
-Daha çox özümə inanır və güvənirəm.İstər Bəy,istər Xanım olsun fərq etməz.Başlıcası səmimi və etibarlı olsun. Şəxsi korporativ maraqları naminə yalan danışanlar cinsindən asılı olmayaraq alçaq və alçaqlardır.Belələrinə qucaq açan, birgə addımlayanlarda eyni əxlaqın və mənəviyyatın daşıyıcılarıdır.

Xüsusilə qeyd etməliyəm ki, İDEAL Qəzetdə vaxtilə işləmiş və hazırda da çalışan etibarlı Xanım dostlarımız kişilərdən daha kişi adam olduqlarını sübut etmişlər.
-Son günlər AMEA-a,AMŞ-a,AYB-ə sədr təyinatı oldu və cəmiyyətin mövqeyi çox sərt oldu.Bu aqressiya nə ilə bağlı idi?
- Xalqımız ona ziyan vuran həşaratları sözün tam mənasında əzdi...Və bu belədə olmalı idi...

-Baş verənləri hökuməti idarə edən əsas moderatorlar dərk edirlərmi?
-Onlar korrupsiya,rüşvətxorluq,nepotizm,amoralizm,vandalizm, parçala hökm sür siyasətindən başqa heç nə qanmırlar.
Qürurumuzun soyqırımı davam edir.Həm hüquqsuzluğun,Ədalətsizliyin,Saxtakarlığın ölkəmizi işğal etməsindən, həm də....əziyyət çəkirik!
Konsentrik dairələr hesab edirlər ki,bu dünya onlarındır və dünya durduqca onlarda fironluq edəcəklər.Çün ki, cahil və cahildirlər.
Küllü şeyin halikün illa vəchəhü-zatından başqa hər şey yox olur.Quranda "Qəsəs" surəsinin ayəsidir.
Mənası: Allahdan başqa hər şey yox olur,məhv olur.

-Arzularınız?
-Bu Dövlət,bu Vətən Bizimdir.Heç bir irtica,istila,yaltaq-yalaq və üzəduran QıF sürüsünün şər-böhtanları, represiyaları BİZİ öz yolumuzdan sapdıra bilmədi və bilməzdə.Çün ki, Biz Allahın, onlar şərin qullarıdır.

Dövlətimizə, Vətənimizə, Qanunlarımıza təmənnasız Xidmət edən hər kəsə uğurlar arzu edirəm.
Mən öz ad günümü doğma kəndimdə, Ata-Babalarımın iz buraxdığı Çiyələklidə Sizlərlə birlikdə daha möhtəşəm şəkildə qeyd etməyi planlayıram.

Sofia Sofulu
Polad Musayev