DƏLƏDUZ ŞƏBƏKƏ PREZİDENTİN ADINDAN NECƏ PREZİDENTLİK EDİR???
Tarix: 21.11.2022 / 18:26 •
Oxundu: 238 dəfə •
Analoqsuz ölkəmizdə bir qayda olaraq Sadə və Hüquqsuz Vətəndaşlara qarşı törədilməkdə davam etdirilən bütün cinayətlər məhz dövlət adından, dövlətə sığınan, korrupsioner dövlət məmurlarının əsas moderatorluğu ilə həyata keçirilməkdədir.
İDEA-a daxil olan bir ilginc məlumatı diqqətinizə çatdırıram:
Özünü Dərbəndin sabiq meri Qurban Qurbanovun dostu, otrağı, əslən Şamaxı rayonundan olan Qurbanov Rauf Şahlar oğlu vətəndaş Abdullayeva Sevda Zaman qızından milyondan artıq pul alaraq onu Xətai Rayon İcra Hakimiyyəti Başçısı təyin etdirəcəyini vəd etmiş, onunla dəfələrlə Badamdar qəsəbəsində yerləşən Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova məxsus oteldə görüşmüş və bahalı hədiyyələr alaraq Qurban Qurbanova verəcəyini vəd etmişdir. Xanım Abdullayevaya verilən vəd yerinə yetmədikdə O, öz dələduz hədəflərini Prezidentin və Birinci Vitse-Prezidentin adına yönləndirmişdir.
Fakt üzrə Hüquq Mühafizə Orqanlarına şikayət edilsədə nəticə rüşvətə mübtəla, hüquq cəhənnəmə vasil olmuşdur.
XÜSUSİ QEYD:
Qurban Qurbanov M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın qudasıdır...
Nərgiz Rüstəmxanlı
