
Paytaxt Bakıda silsilə dələduzluq əməllərinə müəlliflik etmiş, əslən Şamaxı şəhərindən olan və hazırda Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 95 ünvanında yaşayan Qurbanov Rauf Şahlar oğlu və onun oğlu hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə işləyən Qurbanov Tural Rauf oğlu bir qrup məlum cinayətkar şəbəkə ilə əlbir olaraq, ayrı-ayrı vətəndaşları müəyyən strateji postlara təyinat alacağı vədləri ilə külli miqdarda pul alaraq atmışdır.
Bütün gördükləri işləri universal ssenari üzrə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevanın bacısı Lomonosov adına Moskovo Dövlət Universitetinin rektoru, professor Nərgiz Xanım Paşayevanın adından istifadə etmişdir. Peşəkar dələduz Rauf Qurbanov eyni zamanda Nərgiz Paşayevanın qudası Dərbəndin sabiq meri Qurban Qurbanovla birlikdə çəkdirdiyi fotonun müəyyən diletant və vəzifəyə həris şəxslərə paylamaqla özü barəsində simulisiv “imic-reputasiya” formalaşdırmağa nail olmuşdur.
Zərərçəkmiş şəxslər Rauf Qurbanovun qanundan və dövlətdənkənar əməlləri barədə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və digər dövlət qrumlarına etdikləri çoxsaylı şikayətlər nəticəsiz qalmaqdadır.
Rauf Qurbanovun bildirdiyinə görə onu, Qurban Qurbanovu Təhlükəsizlik orqanlarının rəhbərliyinə tapşırmış və eyni zamanda bütün törətdiyi və törədəcəyi cinayət hadisələrdən süddən çıxmış ağ qaşıq kimi yoluna davam edəcəyini və müdafiə ediləcəklərinə vəd etmişdir.
Rauf Qurbanovun əməlləri barədə İDEAL-da getmiş materialdan sonra, ayrı-ayrı vətəndaşlar şikayətlə müraciət edərək bildirirlər ki, Rauf Qurbanov onların əksəriyyətini general Yaşar Əliyev (Sabiq Bakı Baş Polis İdarəsinin Rəisi) adından təhdid edir və xalasıoğlu olduğunu bildirmişdir.
İDEAL Media Quruluşu olaraq vətəndaşların müraciəti üzrə bizdə öz növbəmizdə bütün hüquq-mühafizə orqanlarına rəsmi müraciət etmişik və nəticəsini rəsmi olaraq gözləyirik.
Polad Musayev
