Daxili İşlər Nazirliyi (DİN), Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Emin Məmmədovun, İdeal Partiyasının Başkanı Nazim Quliyev və hüquqlarını müdafiə etdiyimiz Niftəliyeva Nuranə Məqatil qızının ünvanın göndərdiyi eyni məzmunlu abstrakt maraqlara cavab verən cavab məktubunu diqqətinizə çatdırırıq.
Rəis müavini Emin Məmmədovun Nazim Quliyevə verdiyi cavab məktubunda bildirir:
“… müəyyən olunmuşdur ki, eyni məzmunlu şikayətiniz əsasənda Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılaraq, həmin xüsusat üzrə Abşeron Rayon Məhkəməsində mülki baxılması nəzərə alınmaqla müraciətiniz rayon polis idarəsin dəftərxanasında işə alınmışdır.
Şikayətinizlə bağlı rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüququnuz vardır.
Müraciətiniz cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna göndərilmişdir.”
Hörmətli rəis müavini Emin Məmmədovun diqqətinə:
- Bilinsin ki, Abşreon rayonu, 2-ci Məhəmmədli qəsəbəsində yerləşən torpaq sahəsindən oğurluq hadisəsi baş vermişdir və bununla bağlı Sabunçu Rayon Polis İdarəsində 220051567 sayı cinayət işinin başlanılması və müstəntiq Kənan Kərimli tərəfindən aparıldığı barədə rəsmi cavab verilmişdir.
- Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə 2(012)-555/2022 saylı iş üzrə cavabdeh “Omar” atçılıq klubunun prezidenti Natiq Zeynalovla Nazim Quliyev arasında davam etdirilən məhkəmə prosessi oğurluq faktı üzrə deyil. Ərazinin qanunsuz yollarla ilhaq edilməsi, vurulmuş maddi və mənəvi ziyanla bağlıdır.
- Vətəndaş DİO-na şikayət ona görə etmir ki, onun müraciətləri maklatura şəklində dəftərxananı bəzəsin.
- Milli və Beynəlxalq Qanunun heç bir müddəasında qanunların kimisinə imtiyaz, kimisinə cəza verməsi kimi hal və yaxud regionçuluq, tayfa-klan, oliqarx məmur və sair ayrıca hal mövcud deyil.
Daxili İşlər Nazirliyi (DİN), Baş İstintaq və Təhqiqat İdarəsinin, hüquqlarını müdafiə etdiyimiz Niftəliyeva Nuranə Məqatil qızına göndərdiyi cavab məktubuda tragikazusdur.
Cavab məktubunda bildirilir:
“Pulunuzun oğurlanması ilə bağlı tədbir görülməməsinə dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinizə tərəfimizdən baxılmışdır.
Müəyyən olmuşdur ki, pulunuzun gizli talanması faktına görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayot Macollesinin 177.2.3. (Oğurluq) maddəsi ilə başlanmış cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş. atanız Məqatil Niftaliyev zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış, əməliyyat tapşırığı verilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunmaması əsası ilə icraat Cinayət-Prosessual Məcəllənin 53.1.1. maddəsinə əsasən dayandırılmışdır. Hazırda cinayətin açılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.”
Şikayətinizlə bağlı rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüququnuz vardır.
Müraciətiniz cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilmişdir.”
Bilinsin ki, hər iki fakt üzrə baş vermiş cinayət hadisəsi illərdir ki, davam edir. Və hər iki fakt üzrə lazım olan sübutlar zərərçəkmişlər tərəfindən istintaq Orqanlarına təqdim edilmişdir.
Təəssüflər olsun ki, aşkar faktlara hüquqi qiymət vermək müşkülə çevrilmişdir.
Ölkədə sıradan olan oğurluq hadisəsi üzrə oğruların tapılması bu qədər çətindirsə, o zaman hər bir vətəndaşın ona qarçı törədiləcək istənilən cinayət faktı üzrə özünü təhlükədə hiss etməsi haqlıdır.
Əvvəllər Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişiylə onun kadrı Süleyman İsmayılov bir qayda olaraq Vətəndaşların Prezidentə ünvanladığı şikayətləri sabotaj etdirirdi.
Bəs bu gün Vətəndaşlara qarşı “Ramiz Mehdiyevlik” edən kimdir?
Bu barədə hətta Prezident İlham Əliyevdə məlumatlı olduğundan o, öz çıxışlarında bildirirdi:
“Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Admistrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayər edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur.”
Polad Musayev