Ukrayna Luqanskı tədricən azad edir - Qayday
Tarix: 03.01.2023 / 12:41 •
Oxundu: 71 dəfə •
Ukrayna əsgərləri Luqansk vilayətini inamla azad etməkdə davam edir. İşğalçılar üçün döyüş sursatı daşınmasının logistikası xeyli mürəkkəbləşib.
Bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Ordumuz tədricən Svatovo-Kremennoy istiqamətində irəliləyir. Eyni zamanda ruslar Stelmakovka və Makeyevka yaxınlığında uğursuz əks-hücuma keçiblər. Biz R-66 şossesini atəş altında saxlayırıq, bəzən ordumuz fiziki olaraq ora çatmağa və düşmənin texnikasını məhv etməyə müvəffəq olur”, - Qayday bildirib.
Onun sözlərinə görə, Svatovo və Kremennoyun işğaldan azad edilməsindən sonra ruslar Starobelskin müdafiəsinə hazırlaşır:
"Ukrayna Silahlı Qüvvələri bu şəhəri geri qaytardıqdan sonra işğalçılar 2014-2022-ci illərin demarkasiya xəttinə çəkiləcəklər".