Hakim vəkilin marionetkası rolunda
Tarix: 26.01.2023 / 19:07 •
Oxundu: 290 dəfə •
Bu gün Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsində hakim Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi ilə məzhəkə şousu davam etdirildi.
14 bıçaq zərbəsiylə xüsusi amansızlıqla qətlə yetirilmiş İsgəndərova İlahə Nurəddin qızının işi üzrə bu gün eyni zamanda, iş üzrə bir sıra şahidlərin dindirilməsi nəzərdə tutulmuşdur.
Təqsirkar Həsənov Tofiq Əmir oğlunun vəkili Ramin Qocayev məhkəmə prosessinin bağlı keçirilməsi ilə bağlı vəsatət verdi.
Yerində müşavirə keçirən hakim Fəhmin Hümbətov sevincək əsassız vəsatəti təmin etdi. Ona görə əsassız ki, İbtidai istintaqın gəldiyi qənaətdə bəlli olmuşdur ki, qatil öz həyat yoldaşını sadəcə olaraq boşanmaq üçün məhkəməyə verdiyi ərizəyə görə qətlə yetirmişdir. Həmçinin mövcud iş üzrə hər hansı bir ailə sirrindən, qısqanclıqdan, intim münasibətlərilə bağlı bu və ya digər formada söhbət getmirdi.
Hakimin sancısı bəlli idi. O, nə yolla olursa olsun, qətl törədilərkən qətldə bu və ya digər formada iştirakı və əməli olmuş şəxsləri məsuliyyətdən kənarda saxlamaq istəyirdi.
Mərhum İlahə İsgəndərovanın 72 yaşlı anası İsvet Nağıyeva ilk olaraq ifadə verdi. Təfsilati ilə aydınlıq verən İsvet Nağıyevanın obyektiv, gerçək, mövcud reallığı əks etdirən fikirləri nə Azərbaycan Respublikası adından hökm verəcək hakim Fəhmin Hümbətovun, nə də ki, qarşı tərəfin xoşuna gəlmirdi. Necəki ibtidai istintaq zamanı müstəntiq Pərvin Ocaqverdiyev şahid kimi ifadə aldığı təqsirkar şəxsin əmisi oğlu İman Həsənovun adını ittiham aktında şahid siyahısından belə çıxarmağa müvəffəq olmuşdur.
İsvet Nağıyevanın verdiyi ifadələr eyni zamanda hakimin gələcəyə hesablanmış “xarici inamını” alt-üst etdiyindən, təqsirkarın vəkilinin hər sözünə müntəzir olan “hakim” vəkilin bütün təhqirlərini adi qəbul edirdi. Bütün təhqirləri həzm-rabedən keçirən hakim Fəhmin Hümbətov dilsiz şeytanlar kimi susurdu. Ən azından ağbirçək anasına hörmət qoyan istənilən şəxs bunu etməzdi və edənində qarşısını alardı.
Növbəti şahid Emin Əmrullayevin elminə xüsusi tövsiyəsi olan,Tovuz rayonu, Əyyublu kənd orta məktəbində dil-ədəbiyyat müəlliməsi vəzifəsini daşıyan Məmmədova Xalidə Əli qızı oldu. Hüseyinbala Mirələmov kimi törətdiyi əməli ört-basdır etməkdən ötrü Allahın, Qurani-Kərimi tez-tez dilinə gətirən dilçi Xalidə Məmmədova işin mahiyyəti üzrə danışmalı olduğu halda o özünü Barış Manço kimi aparırdı, yəni “barışdırıcı” olaraq.
Digər şahidlərin ifadəsi bir o qədərdə önəm daşımadı. Lakin görünən bu idi ki, təqsirləndirilən şəxsin vəkili Ramin Qocayev sanki prosessə sədrlik edirdi və əsas moderator rolunu oynayırdı.
Bütün bunlara baxmayaraq ölkəmizdə İnsanlıq, İnsan Hüquq və Əsas Azadlıqları, Qanunlar, alqı-satqı predmetinə çevrilsədə, tərəf olaraq çalışacağıq ki, dövlətin təqsirkar hesab etdiyi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 128-ci maddəsi ilə ittiham olunan qatil öz layiqli cəzasını alsın. Çünki o, təkcə həyat yoldaşını deyil, eyni zamanda hazırda xaricdə təhsil alan iki övladınada əl qaldırmışdır.
Mövzu diqqətimizdədir.
Polad Musayev