Bu gün:


Nazim İdeal: HƏBSXANAYA DÜŞƏN ŞƏXSLƏR DÖVLƏT ADINDAN CİNAYƏTKAR VƏ NARKOMAN EDİLİR!

Tarix: 02.02.2023 / 11:07  •   Oxundu: 455 dəfə  •  

Bir çox hallarda C.Ç.M-də məhkumlara narkotika, telefon.., daşıyıb arvad-uşaq saxlayan,olmadıqda yumurta,kartof,soğanını oğurlayan PX-in rəis heyəti, qanun-İnsan alverilə məşğul olmuş Polis-Prokuror-Hakimlərə çox asanlıqla  "Vəkil"  mantiyası geyindirilir.
Fotoda gördüyünüz törəni 15 Saylı  bazardan ("C.Ç.M") tanıyıram.
Bərdə Rayon Məhkəməsinin "hakimi" eliş barədə yazdığım statustdan sonra bu adam onun "savadlı" olması barədə yorum yazmışdı.Səsini kəsdim.Lakin aradan 10 saat keçdikdən sonra yəni saat 01:15-də cəsarətlənib "balandyorski aborotka" verməyə çalışıb.
Olsun.
Lakin, istənilən şəxs öz sözünü ifadə edə bilər,haqq edirsə...
Vüqar Mahmudov.Əslən Cəbrayıl rayonundandı.
Hakimiyyətdə təmsil olunan kriminal-korrupsioner-oğru-reket-sutener çete dövlət adından geniş hakimiyyət resursları hesabına azadlığımı oğurlayarkən, Ədliyyə nazirliyi Penitensiar Xidmətin bir neçə C.Ç.M-in  baronları ("rəis") ilə tanış oldum.
11 Saylı C.Ç.M-in rəisi çörəyi porno fileş,trans,narkotika, yengəlikdən..., çıxan (İmişli) Vəli Şirinov 25 Sentyabr 2018-ci ildə onun namussuz bazarına ciddi maneçilik törətdiyimə görə, baş idarənin "dobrosu" ilə axşam saat 20:00-da "speç etap" müalicə müəssisəsi adı altında 15 Saylı talkuçkaya yatab olundum.
Boksda Məni talkuçkanın rəisi əslən Cəbrayıl rayonundan olan Tahir Yusifov qəbul etdi.Ardınca onun qara kassası əslən Bərdədən olan Eldəniz Həziyev qəbul edib 11 Saylı "C.Ç.M"-dən nəyə görə yatab edildiyimi soruşarkən narkotikaya, porno feleş karta,yengəliklərinə..., etiraz etdiyimə görə və mübarizəmi sona çatdıracağımı bildirdim.Həmin dönəmdə əməliyyat şöbəsinin rəisi Vüqar idi.
Karantinə gəldik.Karrantində Məndən sonra gələnlər Nofəl Şəmkir,Əhliman Astaralı,Qədir Nuriyev Səlyanlı,Musa Əliyev Neftçala, Şirxan Şəmkir,Elxan Mehdiabad,İlqar Montin..., və.s, tələb olunan 500 manatı karrantinlərə ödəyib 14 günü gözləmədən zona buraxılsalarda...
Karantinin vəziyyətinə rəis heyətinin emissarları 149-cu maddə ilə (zorlama) mühakimə edilmiş Gəncəli Məmmədov Zülfüqar və hərbi xidmətdə zorlamaya məruz qalmış əslən Ağdaş rayonundan olan Vüqar Məmmədov "baxırdılar".
Hər səhər Tahir zona daxil olarkən depenkadan əvvəl əslən cəbrayıl rayonundan olan "MOSU" ləqəbli İsrayıl Gözəlov soyadlı üzdəniraq məruzə edərdi.Bu peti eyni zamanda karserin həm təmizliyinə, həm də hamam, larokdan rəis heyətinə gələn çirkli pulların yığılmasına məsul edilmişdir.
Karrantində olduğum 4-cü gündə 5 nəfəri baron ("rəis") Tahir Yusifovun kabinetinə gətirdilər.
Kabinetdə fotoda görünən Vüqar Mahmudov, müavini Eldəniz Həziyevdə var idi.
Narkobaron istədi ki, kişifason danışsın ancaq alınmadı.
İddia edirdi ki, o, zona daxil olarkən Biz ayağa qalxmamışıq....və.s....
Bədəli olaraq üzr istənilməsi tələb edilirdi.
Əhliman Astaralı,Qədir Səlyanlı,Musa Neftçalalı,Nofəl Şəmkirli üzr istəyib pullarını verib getdilər.
Mən isə rəis heyətini qandırmaq istədim ki, birincisi Mən yalnız valideyinlərim qarşısında ayağa qalxıram, cinayətkarlar qarşısında deyil,ikincisi gəzinti kamerasındakılar ayağa qalxmağa məcbur deyillər.Üçüncüsü Mənim ayağa qalxmamağımı özünzə belə dərd edincə 28 ildir ki, erməni girovluğunda cinsi istismarın alətinə çevrilmiş analarınızdan,bacılarınızdan,qızlarınızdan ötrü ayağa qalxmırsız.... 
Baron Tahir kəndçisi Vüqara göstəriş verdi ki, Məndən izahat alsın.Vüqarın kabinetinə gəldik və o, yumşaq danışmağımı, xarabazarı düzəltməyin Mənə qalmadığını, onun istədiyi kimi ərizə yazmağımı bildirərkən rədd cavabını aldı və Mən olduğu kimi hadisələri nəql edib, sonda baron rəis Tahirə bura onun dədəsinə məxsus olmadığını,dövlət obyekti olduğunu yazılı şəkildə bildirdim.Ərizəni Vüqar aparıb barona məruzə edib qayıtdı və bildirdi ki, "7 sutka kars verdi".
7 sutka bitdi və yenidən inzibati binaya gətirdilər.Müavin tula Eldəniz Həziyev yastı-yastı uzatdı ki, rəisin xətrinə dəymisən, üzrxahlıq etsən hər şey düzələr.Bildirdim ki, oğraşları və cinayətkarları yalnız təhqir etməyi bacarıram...
Gəldik baron rəisin otağına və o qımışa-qımışa danışırkən bildirdim ki: "Məni zona buraxmamağının səbəbini bilirəm.Ona görə ki, zonda "yaxşı oğlan" qayırdıqların sənin  malını satır və onlar şərt qoyurlar ki, Nazim Quliyev zona çıxsa bazar bağlanacaq..."
Narkobaron xəstə qızının canına and-aman etdi ki, bizlik deyil, yuxarıların sifarişidir.
Sifarişə uyğun olaraq əlavə 15 sutka kars verildi...
Karsda olarkən zonda həyata keçirilən "Penitensiar İslahatlar" haqqında ətraflı məlumatlar karsa düşən şəxslər tərəfindən danışılırdı....
Məsələn, Keşləli Samir Xıdırov anası vasitəsilə 350 qram narkotik vasitə olan geroini rəisin xeyir-duası ilə zona keçirir və "uğurlu satışını" həyata keçirir.Bundan məlumatlı olan Fuad Əsgərov (Astaralı) və bratvaları Samiri  "katyola" çağırıb narkotik satışından əldə olunan pulun 50 %-ni onlara verməsini tələb edir.Samir baş baron rəisin yanına gəlir və vəziyyəti danışır.Baş baron bariqanın təhlükəsizliyini təmin etmək məqsədilə zonunu dəyişmək məqsədilə karserə atır...
Məhz narkotika bazarındakı yaranmış gərginliklə bağlı yüzlərlə təkzibolunmaz faktlar arxivimdədir.
Karsda qonşu kamerada erməni diversant Arsen Baqdasariyan və Edqar Sarkisyana sözün tam mənasında Penitensiar Xidmət göstərilirdi.
Azərbaycanlı məhkumlar həftədə 1 dəfə 5 manata 15 dəqiqə hamam verildiyi halda, ermənilər istədikləri vaxt hamama girib çıxa bilirdilər;
Azərbaycanlılar gündə 3 dəfəm zibil qabında balanda adlı yaxantıya qonaq edildiyi halda, ermənilərin kamerasında qızdırıcı,soyuducu,müxtəlif növ şokalad,çay,duşenka,konserv,hər gün rəis tərəfində olunan bazarlıqlar...
15 Saylı talkuçkanın əsas heyəti ermənilərin artıqlarını yalayırdılar.
Azərbaycanlılara gətirilən sovqat yoxlama adıyla Bərdəli müavin Eldəniz Həziyevin kabinetinə aparılır və içindəki ət,şabalıd götürüldükdən sonra 100 manat alıb cüzi bir hissəsini buraxırdılar.
Penitensiarçılar qəhrəmanlıq edib Baqdasariyanın adından Prezident İlham Əliyevə etdikləri bu və ya digər müraciətləri o, ironik qarşılayır və lağ edib gülürdü.
Baqdasariyanı və ermənizmin mahiyyətini karsda olan 45 nəfərin iştirakı ilə qəlibinə saldığıma görə 2+2 ay PKT (kars içində kars) verildi.
2018-ci ilin Sentyabr ayının 29-dan 09 fevral 2019-cu il tarixədək birnəfəsə karsda saxlanıldım.155 GÜN!!!
Ədliyyəçilər kəşf etmişdilər ki, Məni açıq zonda saxlamaq çox təhlükəlidir.
Məhkum kontigenti ətrafımda toplanır və Mən onların hüquqlarını izah edirkən Penitensiarçılar ac qalır.
11-in rəisi Vəli Şirinov deyirdi ki,Sizin 1 gündə qəbul etdiyiniz məhkumları Mən 1 ilə qəbul etmirəm.
Bütün zonlarda VVAQ və digər hüquqi prosedurlar konkret rüşvətlə yerinə yetirilirdi.
Lənkəranlı Etibar Babayevlə birlikdə saat 20:00-da kameradan İnzibati binaya gətirildik.
Baron Tahirin kreslosunda metropolitein Tağının hakim oğlu Rauf Əhmədov əyləşmişdi.
Prokuror sanki uzunqulağın altından çıxmış birisi idi.
Vəkil uzun illər hakim postunda işləmiş vəkil Cavad Cavadovun atası Yusif Yusifov idi....
Hakim gəlişinin məqsədini açıqladı ki, barənizdə rəis Tahir Məhkəməyə təqdimat göndərib ki,yerdə qalan cəzanızı Qapalı hıbsxanada keçirəsiz.
Sual verdim ki, hansı əməlimə görə suçlanıram.
Cavab verdi ki, Zonda "Obşak" yaratmağınız, rəis heyətinə qarşı kütləvi etinasızlıq təşviqi, millətlət arası konflikt.
Əməliyyat şöbəsinin rəisi Vəkil mantiyalı Vüqar Mahmudov təqdimatı müdafiə etdiyini mızıldana-mızıldana üzündən oxuyurdu.
Hakimə izah etdim ki, 1 saniyə,1 dəqiqə,1 saat,1 gün zonda olmadığım halda "Obşak" necə yarada bilərəm ki?
Rəis heyətinin cinayətkar əməllərini de-fakto ortaya qoydum.
Hakim Rauf Əhmədov ayağa qalxdı və narkoticarət müəssisəsinin nümayəndələrinə bildirdi ki, torbanı tikəndə elə tikin ki, özünüz ora düşməyəsiz.Təqdimat təmin edilməsin və rədd edilsin....
Adətən, zonlarda "krıti"ya bağlanılması nəzərdə tutulmuş məhkumlar üçün məhkəmə 1 dəfə olur.
Aradan 1 ay keçdikdən sonra, yenidən saat 20:00-da inzibati binaya gətirildim.
Bu dəfə rəisin təqdimatını müavin Eldəniz Həziyev müdafiə edirdi.
Təqdimat tələbi dəyişmişdi.
Suçum "yataq yerimi səliqədə saxlamamağım idi..."
Hakim Rauf Əhmədovdan xahiş etdim ki, birlikdə saxlanıldığım kameraya gedək və hər şey gözlərinizlə görün.Sağ olsun xahişimi yerə salmayıb karsa gəldik.Kamerada Məndən başqa 4 nəfər var idi.Rauf Əhmədo dedi ki, heç kəs dinlənməsin Mən Quliyevin yataq yerini göstərim...
Doğru təxmin etdi və yolboyu bildirdi ki, kişiliyimə and olsun ki, sədr Ələddin Cəfərov deyib ki, Sizə 1 il "krıti" verim.
Ancaq Mən 06 ay verəcəm...Başqa yol yoxdur.Heç bunlarlıqda deyil,sifariş lap yuxarıdandır.
15 Saylı şər yuvasını tərk edərkən baş baron Tahir Yusifov yaxınlaşıb bildirdi ki, Allah mərdimazara lənət eləsin....
Cavab verdim ki, buranın baş mərdimazarıda,şeytanıda, baronuda sənsən!