Bu gün:


MİDA-QİDA-LOTEREYA-DƏLƏDUZLUQ-TALANETMƏ

Tarix: 24.02.2023 / 18:44  •   Oxundu: 431 dəfə  •  

Despotizm fəlsəfəsi üzrə məmurların dövlət aparatının şəxsi obyektinə çevrilməsi tendensiyaya çevrilmişdir.Bir zamanlar Prezident Adminstrasiyasının sapıq rəhbəri erməniyanlı Ramiz Mehdiyevin ideya müəllifi olduğu “asan xidmət,asan dost” və s. kimi adlı “innovativ,kreativ” layihələrin son aqibəti de-şifrə mərhələsi yaşamaqdadır.Son günlər Qida Təhlükəsizliyi Agentliyi “AQTA” ilə bağlı dərc etdiyimiz məqalədən sonra informasiyalarda bəlli olur ki,keçmiş sabiq Azərbaycan Prezidenti yanında Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin 1-ci sədri, hazırda 5-ci Kənd Təsərrüfatı naziri postunu məşğul etmiş  İnam İmdad oğlu Kərimovun əvvəlki iş yerindəki dominantlıq missiyası hələ də davam edir.İnam Kərimovun yaxın qohumlarından olan Aslanova Səfanın Qida Təhlükəsizlik İnstitunda  Analtik Ekspertiza Mərkəzi Departamenti mərkəzləşmiş nümunə qəbulu üzrə  “mütəxəssis” Aslanova Səfa Elman qızına təyin etdirdiyi kimi,digər adamı Səfanın bacısı Muxtarova Vəfa Elman qızına isə “Asan Xidmət”də məhsul vəzifə verdirmişdir.
Olsun,bura Azərbaycandır və qanunlar qaydaların əsiridir.
 Lakin yüzlərlə istedadlı gənc evsiz, eşiksiz,işsiz qaldığı halda İnamın loteriya oynayan və etibardan sui-istifadə edərək AQTA-nın digər əməkdaşının yaxının adına 3500 (üç min beş yüz)manat götürdükdən sonra aldadaraq bank faizini ödəməməsi İnama inamın və sıxıntı anlarında imdada yetişməsini şərtləndirən amillərdəndir.

Körpələr evindən başlamış digər iri obyektlərə qədər AQTA adı ilə koorporativ maraqlara xidmət edən Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumda baş verən kazusları görə bilmirsə ölkənin qida təhlükəsizliyinə necə qarant dura bilər?Dövlət vətəndaşın ortaq təhsisatıdırsa niyə eyni sistemin daxilində istismar edən və edilən var?
Niyə gəncliyin zəhməti asanlıqla “Asan Xidmət”  yolu ilə İnam Kərimovun qohumlarının sərvətinə çevrilməlidir?
Qeyd edək ki,Qoşqar Təhməzlinin hökumətin koorupsiya korpusunda  özünəməxsus yeri vardır.Və bunun sayəsində də o,qardaşlarının birini Fərhad Təhməzlini Mənzil İnşaat Dövlət Agentliyinə (“MİDA”), digər qardaşı Atəş Təhməzovu isə tikinti sektorunda monopolist kimi çıxış etməsinə şərait yaratmışdır.Bir saniyənin içərisində bir mənzili 500 nəfərə satmış Fərhad Təhməzli barəsində Dövlət Təhlükəsizliyi  Xidmətində xüsusi araşdırılma aparılmaqdadır.Digər qardaş Atəş Təhməzli isə bir zamanlar dövlət çevilişində ittiham olunan Prezident Adminstrasiyasının İşlər İdarəsinin sabiq rəhbəri Hakim Muradverdiyevin çetesində yer alsa da qara qüvvələr onu xilas etməyə müvəffəq olmuşdular.

Ardı var..


Polad Musayev