
AQTİ-nin keçmiş əməkdaşı Mərkəzləşmiş Nümunə Qəbulu Şöbəsində Nümunə Qəbulu Üzrə Mütəxəssis vəzifəsində çalışan Səfa Aslanovanın əməlləri barədə yazdığımız məqalədən sonra agentlikdə olan başqa qanunsuz hadisələr barədə araşdırmalarımız davam edir.
Araşdırmamız nəticəsində AQTİ-nin keçmiş əməkdaşı Xanım Fərzəliyeva institun daxilində təzyiqə məruz qaldığını öyrəndik. Mövzu ilə bağlı Xanım Fərzəliyeva ilə əlaqə saxladıq. Baş verənlərlə bağlı bütün detalları təsdiq etdi, Sənədlərlə İş Şöbəsinin müdirəsi Gülnarə Məmmədovanın Xanım Fərzəliyeva qarşı etdiyi qanunsuz hərəkətlər barədə İDEAL-a məlumat vermişdir.
Qeyd edək ki, Gülnarə Məmmədova bir zamanlar Dövlət Sərhəd xidmətində işləyib və gizir olaraq təqaüdə çıxıb. Keçmiş əməkdaş Xanım Fərzəliyeva qeyd edir ki, Gülnarə Məmmədova öz vəzifəsindən sui-istifadə edərək onu başqa vəzifəyə keçirmək istəyib. Xanım Fərzəliyeva əvvəllər İnstitutun Sənədlərlə İş Şöbəsində Arxiv İşi Üzrə Mütəxəssis işləyib.
Daha sonra 2021-ci ilin yanvar ayında sədr Sadiq Məmmədovun katibəsi işdən ayrıldığına görə Gülnarə Məmmədova Xanım Fərzəliyevanın müvəqqəti olaraq sədrin katibəsi olmağını tələb edib. Xanım Fərzəliyeva ailə məsələlərinə görə buna etiraz etdiyi zaman isə Gülnarə Məmmədova ona sərt reaksiya verib. Əməkdaşın haqlı iradını görməzdən gələrək, bu problemin ona dəxli olmadığını və əmrə tabe olmalı olğunu deyib Xanım Fərzəliyevanı məcbur etmişdir. Buna baxmayaraq o bildirib ki, yeni işci gələnə qədər 2 gün sədrin qəbulunda oturmağa razıdır. Sonra isə öz vəzifəmə qayıdım deyə fikir irəli sürüb. Gülnarə Məmmədova kəskin şəkildə “mən deyən olmalıdır”, sənin ailə məsələn mənə maraqlı deyil” deyərək Xanım Fərzəliyevanın üzərində hökmranlıq etməyə çalışıb. ”Sən mənə hörmətsizlik etmisən,bunu belə qoymayacam” dedikdən sonra hər fürsətdə ona problem yaşatmağa başlayıb. Buna orada olan bütün əməkdaşlar şahid olub. Daha sonra Xanım Fərzəliyevanı işdən uzaqlaşdırmaq üçün rəhbərliyə heç bir əsası olmayan yalan məlumatlar söyləyib. Rəhbərlik problemin nədən qaynaqlandığını araşdırmadan Gülnarə Məmmədovanın sözlərini təsdiq edərək məsələ ilə maraqlanmayıblar. Lakin Xanım Fərzəliyevanın müdirindən başqa, digər departamentin müdirlərinin hər biri onun işdən çıxarılmaması üçün rəhbərliyə müraciət ediblər. Öz şöbələrinə keçməsinə də razı olublar. Gülnarə Məmmədovanın institutun bir çox əməkdaşına qarşı da kobud rəftar etdiyini bildirib. O, hər dəfə ”Mənə heç kim toxuna bilməz” deyərək insanları əzərmiş kimi rəftar edib və etməkdədir.
Xanım Fərzəliyeva Agentliyin Sədrinin müavini Zəkiyyə Mustafayevanın qəbulunda da olub. Zəkiyyə Mustafayeva onu dinləyib. Lakin o bildirib ki, bu institut daxilində baş verən məsələdir müdaxilə edə bilmirik. Əslində institut Ağentliyin tabeliyində olan bir qurumdur VƏ institutu onlar idarə edir!
İşdən ayrıldıqdan sonra Xanım Fərzəliyeva institut daxilində baş verən hadisələr haqqında rəhbərliyə mail yazıb. Yazdığı maildən sonra Daxili Nəzarət şöbəsi yoxlanış aparmış, Xanım Fərzəliyevanın şikayətinin əsaslı olduğu öz təsdiqini tapıb.
O zaman Gülnarə Məmmədovanın arxasına arxa olan kim(lər)dir?
Mövzu ilə bağlı araşdırmamız davam edir.
P.S. AQTİ-dən qanundankənar çıxdaş edilmiş şəxslər bizə müraciət edə bilərlər. Onların konfidensiallığına zəmanət veririk. Hüquqlarının bərqərar edilməsi istiqamətində öz hüquqi yardımlarımızı da əsirgəmərik.
Polad Musayev