İnam Kərimovun Səfa Aslanova lotereyası
Tarix: 04.03.2023 / 15:17 •
Oxundu: 594 dəfə •
Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun Analitik Ekspertiza Mərkəzinin Milli Referens Laboratoriyasının Kimyəvi müayinələr bölməsində çalışan Bakı şəhəri Binəqədi rayon Rəsulzadə qəsəbəsi sakini Rəhimova Elmira Famil qızı (ad və soyad şərtidir) Prezidentə, təhlükəsizlik orqanlarına və İdeal Media Qrupuna şikayət etmişdir. Şikayəti bəzi ixtisarlarla diqqətinizə çatdırırıq:
“Mən iki övlad anasıyam. Aldığım aylıq 390 manat pul tələbə övladlarım və mənim özümün yaşamağı üçün kifayət etmir. Ailəm üçün istehlak səbətimi doldurmaq məqsədi ilə Qida Təhlükəsizliyi İnstitutunda mənimlə birlikdə çalışan Analitik Ekspertiza Mərkəzi Departamentinin Mərkəzləşmiş Nümunə Qəbulu mütəxəssisi vəzifəsində çalışan Aslanova Səfa Elman qızının əsas moderatorluğu ilə institut daxlində həyata keçirilən lotereya oyunun qurbanlarından birinə çevrilmişəm. Mən Səfa Aslanovanın istəyi ilə 400 manat məbləğində pulu ona ödəmişəm. Ardınca isə Səfa Aslanova qurduğu oyunu məqsədli şəkildə pozaraq məndən başqa onlarla institut əməkdaşını oyundan kənar vəziyyətdə saxlamışdır. Bir neçə dəfə Səfa Aslanova ilə görüşüb pulumun geri qaytraılmasını ondan istəmişəm. Kənd Təsərrüfatı naziri İnam Kərimovun qohumu olan və onun direktivləri üzrə işə qəbul edən Qoşqar Təhməzliyə arxalanmış Səfa Aslanova özündən müştəbeh şəkildə bu pulu imkanın olduğu sürəcdə mənə qaytarcağını bildirmişdir. Səfa Aslanovanın bu cür sabotajlarından bezib onun əvvəllər Yol Polisi Patrul xidmətində işləmiş atası Elman Aslanovla əlaqə saxlayarkən o da qızının unison mövqeyini müdafiə etmişdir. AQTA-da baş verən lotereya oyunbazlığı barədə bütün rəhbər işçilər məlumatlıdırlar, lakin bütün bunlara baxmayaraq, rəhbərlik Səfa Aslanovaya söz demək iqtidaında deyildir”.
Sonda E.Rəhimova Prezident İlham Əliyevdən bu cür xahiş etmişdir: “Biz həqiqətən də hüquqi dövlətdə yaşayırıqsa, fundamental konstitusional hüquqlarımız Aslanova Səfa Elman qızının korporativ maraqlarına fəda edilməməlidir".Polad Musayev
