Bu gün:


BU ÖLKƏDƏ BÜTÜN CİNAYƏTLƏR DÖVLƏT KABİNETİNDƏ HƏYATA KEÇİRİLİR...

Tarix: 23.03.2023 / 14:22  •   Oxundu: 498 dəfə  •  

...Həm də bayrağın, Prezident İlham Əliyevin rəsmilərinin şahidliyilə...

Təhsilsiz sistemdən bəhs edirəm.

Emin Əmrullayev başlı bir tipi Elm və Təhsil Naziri təyin edəndə, Mehriban Vəliyeva soyadlı birisini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin edəndə bilinməli idi ki, körpələr evi uşaq bağçasından başlamış, orta məktəbə və ali məktəbə qədər sistem dəlilərin nəzarətində olacaqdır. Eyni zamanda korrupsiya  və rüşvətxorluq təkcə geniş hakimiyyət resurslu məmurların iş prinsipinə çevrilməmiş, eyni zamanda çoxlarının sıradan olan bir obyekt kimi baxdığı uşaq bağçalarında da tüğyan edirmiş. 

Hacıbala Abutalıbovun dövründə təkcə bağlar, bağçalar, küçələr, zirzəmilər deyil,eyni zamanda uşaq bağçaları da satış predmetinə çevrilmişdi. 

Nizami rayonu ərazisində yerləşən «73 saylı uşaq bağça»sı kimi. Həmin bağçanı uzun müddət şəxsi biznes vasitəsinə çevirmiş Məmmədova Esmira adlı şizofrenik eyni zamanda həmin məkanı 5.000000 (beş milyon) civarında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin komanda üzvlərinə satmışıdır. Həmin pulun neçə faizinin Esmira Məmmədovaya çatıb-çatmadığı müzakirə mövzusudur. Bilinəni budur ki, qanundan və dövlətdənkənar özəlləşdirmənin həyata keçirilməsində onun ögey qardaşı, əvvəllər Vergilər Nazirliyində, hazırda Maliyyə Nazirliyində qara işlərin əsas moderatoru olan Elman Piriyevin rolu müstəsnadır. 

Esmira Məmmədova hazırda Nəsimi rayon ərazisində yerləşən «115 saylı körpələr evi uşaq bağçası» nın müdirəsidir. Bu məkanda da uşaq bağçasının ərazisinin bir hissəsi satılmış, digər hissəsi isə satışa hazırlanır. 

Başlıcası Esmira Məmmədova fiziki və əqli cəhətdən qüsurludur. Və bu qadın ötən il keçirdiyi avtoqəza nəticəsində qazandığı travmalar özünüidarəetməni itirməklə yekunlaşmışdır. 

Əxlaqında, danışığında çox ciddi pozuqluğa səbəb olan Esmira Məmmədova törətmiş olduğu qanunsuz əməllərində təssərrüfat işləri üzrə müvaini Kərimova Elmiradan qurbanlıq kimi istifadə etməkdədir. Elmira Kərimovanın vasitəsilə ayrı-ayrı vətəndaşlardan işə düzəltmək adı ilə 50.000  (əlli min) manata yaxın pul alıb atmışdır. Elmira Kərimova vətəndaşlara borclu olduğunu və öz milli siyasi kimliyini yazılı və videogörüntülərlə etiraf etmişdir. Eyni zamanda hakimiyyətdən yararlanan və addımbaşı YAP hökümətini təhqir etməkdə maraqlı olan Maliyyə Nazirliyinin məsul əməkdaşı Elman Piriyevin ögey bacısı, «115 saylı körpələr evi uşaq baxçası» nın müdirəsi Esmira Məmmədovanın seksopil foto və videogörüntüləri öz aktuallığını hər an qorumaqdadır. Belə bir “ailə” eyni zamanda paytaxt Bakıda dəyəri milyonlarla ölçüləcək mülklərə sahibdir. Təkcə Nərimanov rayonu Çapayev küçəsində  yeni binalarda ondan artıq 4 otaqdan ibarət ayrı-ayrı mənzilləri vardır. 

Dövlət əmlakını qanunsuz yollarla satıb-talamış , saxta sənədlərlə dövlətə atmış və bu yolda qazanc əldə edən Esmira Məmmədovanın oğlu Samir Məmmədov hal-hazırda Elm və Təhsil Nazirliyində təchizat şöbəsinin müdiri vəzifəsini daşıyır. 

Biləcəksiniz:

 Samir Məmmədovun qayınatası kimdir ?

Bakı İstintaq təcridaxnasının sabiq rəisi Elxan Sadıqovun «115 saylı körpələr evi uşaq bağçası»nın  müdirəsi Esmira Məmmədova ilə birləşdirən “dəyərlər”...

Tumandan çıxan neçə ədəd deputatın deputatxanaya düşməsində onun misilsiz rolu var?

AMEA-da maaş alan bacısı hansı sahələrdə daha peşəkardı...

Polad Musayev .

Araşdırmamız davam edir.