
Naxcıvan sakini və hazırda Bakı şəhəri, Sabunçu Rayonu Bakıxanov qəsəbəsi Abdulayev küçəsi ev 4 mənzil 6 unvanında yaşayan Xudiyev Azər Müseyib oğlu Prezidentə müraciət etmişdir.
Müraciətdə deyilir: “Hara, kimə müraciət etməli olduğum Dövlət təssisatlı hüquqi ünvanları vəhşi cəngəllik qanunları basdığından, təkrarən Sizə müraciət edirəm ki, bəlkəm fundamental konstitusion hüquqlarım tanındı.
Mənə və ailə üzvlərimə qarşı silsilə dələduzluq cinayətləri törətmiş Goranboy rayonu Qızıl Hacılı kənd sakini Eminov Neman Bayram oğlu ilə bağlı Daxili İşlər Naziriliyinin 102 çağrı xidmətinə etdiyimiz çoxsaylı şikayətlər Nizami Rayon Məhkəməsi ( Rauf Əhmədov), Nizami Rayonu Polis İdrəsi (müstəntiq Cəmşid Sadıqov), Nizami Rayonu 23-cü polis bölməsinin bir neçə (Ömər Məmmədov ,Şəbnəm Ələkbərova) tərəfindən sobataj karuselinə mindirilərək zimbabve meşələrinə daşınmaqdadır.
Təsəvvür edirsinizmi, Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədirliyilə 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı Ömər Məmmədovun icraatında olan HK-1-577 saylı qondarma qərarından məhkəmə nəzarəti qaydasında vermiş olduğum şikayət (iş 6(007)-26/2022) dəvət edilsəmdə sonradan heç bir nəticəsi olmamışdır.
Nizami Rayon Polis İdarəsinin İstintaq bölməsinin baş müstəntiqi polis mayoru Cəmşid Sadıqov 01.02.2023 tarixdə qəbul etdiyi absurd qərarında iddia edir ki, mənə ümumilikdə 3130 manat pul atmış Eminov Nemanın yerini müəyyən edə bilməmişdir. Tragikomikdir. Əgər Eminov Nemanı tapa bilməyən Azərbaycan Polisi necə ola bilir ki, dələduzun əleyhimə “əks arqument” olaraq təqdim etdiyi sənədlər iş materiallarını bəzəyir.Dələduz Neman Eminov törətmiş olduğu cinayət barədə Goranboy Rayon Polis İdarəsində etiraf etmisdir. Artıq 2-ci ildir ki, Azərbaycan Polisi dələduz Neman Eminovu mühafizə etməklə məşğuldur. İnsan hüquqlarını, hüquqi dövlətin mahiyyətini tanımır və yaxud da tanımaq istəmirlər. Bilmirəm ölkəmizdə dələduzluq cinayəti üzrə araşdırılması hansı dövlət təsisatı məsul edilmisdir.
Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi polis mayoru Sadıqov Cəmşid Məhəmməd oğlunu “dələduza dövlət qayğısı” adı altında qəbul etmiş olduğu 01.02.2023-cü il tarixli saxta və əsassız qərarını ləğv etməklə hüquqi dövlətin mahiyyətinə uyğun ədalətli qərarın çıxarılması üzrə köməklik göstərməyi Sizdən xahiş edirəm.”