Vətəndaş öz dövlətinə güvənə bilmir!
Vətəndaş öz dövlətinə arxalana bilmir!
Vətəndaş onun hüquqlarını qorumağa məsul olan orqanlar tərəfindən şərlənəcəyindən qorxur!
Məhkəmə və hüquq mühafizə orqanları insan və vətəndaş hüquq və əsas azadlıqlarına qarşı həyata keçirdikləri qanundan və dövlətdənkənar despotiyadan həzz alır.
Oxuyur Ağadadaş Ağayev...
Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Həmid Ağayev “Büsat” şadlıq evinin sahibi Ağadadaş Ağayevin oğludur.
İDEAL-a müraciət edən, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Abdullayev küçəsi 4 ünvanında yaşayan Xudiyev Azər Müseyib oğlu 13 iyun 2020-ci il tarixdə hüquq mühafizə orqanlarında işə düzəltmək adı ilə 900 (doqquz yüz) manat pulunu almış, Füzuli rayon Alxanlı kənd sakini Əliyev Kamil Elçin oğlunun qanunsuz əməlləri ilə bağlı DİN-in 102 çağrı xidmətinə etdiyi müraciət araşdırılması üçün Nərimanov rayonu 17-ci polis şöbəsinin təhqiqatçısı artist Ağadadaş Ağayevin oğlu Həmid Ağayevin icraatına verilmişdir.
2020-ci ildə edilən şikayətin cavabından heç bir məlumat olmasa da, zərərçəkmiş şəxs Azər Xudiyev bu gün özü şəxsən polis şöbəsinə yaxınlaşaraq qərarını istərkən məktublar şöbəsi etiraz edərək səs-küy qoparmış və səs-küyə Ağayev Həmid Ağadadaş oğlu təşrif buyuyaraq, qərarı məktubla göndərdiyini bildirmişdir. Zərərçəkmiş Azər Xudiyev onun ünvanına heç bir qərarın göndərilmədiyini bildirərək, haqqını tələb etmiş və qərarını almışdır. Qərarı alarkən artistin oğlu Həmid Ağayev ondan ayın tarixini yazmamağı tələb edir. Lakin Azər Xudiyev israrla ayın tarixini qeyd edib götürür.
Qərarla tanış olarkən Həmid Ağayev çıxarmış olduğu “Qərar”da bildirir: “Xudiyev Azər Müseyib oğlunun ərizəsində göstərmiş olduğu xüsusatlar təsdiqini tapmamışdır. Bundan əlavə araşdırma zamanı Əliyev Kamil Elçin oğlunun izahatlarının alınması mümkün olmadığı üçün əmələ obyektiv hüquqi qiymət vermək mümkün deyildir. Eləcə də təqsirləndirilən Əliyev Kamil Elçin oğlunun üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmək niyyətində olmaması müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Belə olan halda tərəflər arasında yaranan mübahisəli məslənin Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən mülki qaydada məhkəmə orqanlarında həllinin tapması məqsədəmüvafiqdir...”
Polis kapitanı Həmid Ağayevin bir cümləlik yazısı yüzlərlə sual doğurur...
- Bir halda özü etiraf edir ki, Xudiyev Azər Müseyib oğlunun ərizəsində göstərmiş olduğu xüsusatlar təsdiqin tapmamışdır. Və yaxud da izahatının alınması üçün bölməyə dəvət edilməsi mümkün olmamışsa o zaman “təhqiqatçı” Ağayev hardan bilib ki, faktlar sübuta yetirilmir və tərəflər arasında yaranmış məsələ mülki qaydada məhkəmədə çözülməlidir?
- Görəsən cənab Ağayev “cinayət işinin başlanması işinin rədd edilməsi barədə 01.07.2021 – ci il tarixli HK-1/1538 saylı qərarı”nın məhz məhkəmədə çözülməsinə zəruri edən hansı amildir?
- Görəsən, 01.07.2021 –ci il tarixli, № 80-11706 saylı, müşayət məktubu ilə Bakı Şəhəri, Nərimanov küçəsi 1 ünvanından Sabunçu Rayonu Bakıxanov Qəsəbəsi A.Abdullayev küçəsi 4 ünvanına məktubun yetişməsi hansı səbəblərdən iki ilə yaxındır ki, yubanıb?
- Bu qanunun adı nədir?
Söz ardı:Həmid Ağayevin korporativ maraqlarından fərqli olaraq vətəndaşa qarşı dələduzluq etmiş Əliyev Kamil Elçin oğlunun rəsmi etirafını təqdim edirik.
“Qold X Lady”-nin 17-ci polis şöbəsindəki sərgüzəştləri.
İDEAL – a müraciət edən növbəti şikayətçilərdən biri Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ev 38 ünvanında qeydiyyatda olan Mövsumova Səbinə Salman qızı lotereya oynamaq adı altında “Qold X- Lady” sağlamlıq mərkəzinin rəhbəri Gürcüstan vətəndaşı Xanım Qurbanova ondan aldığı 1000 (min) manat pulu qaytarmır və arxasında yüksək çinli məmurların olduğunu bildirir. Xanım Mövsumovanın sübut növü olaraq 1000 (min) manat pulu, Milliön vasitəsilə keçirdiyi qəbzi və eyni zamanda Xanım Qurbanovanın yaxın adamı Space televiziya kanalının sabiq əməkdaşı Ramiz Alışovun pul kartına ödənildiyi de-fakto, de-yure sübut olunur. Zərərçəkmiş Mövsumova Səbinə Salman qızı fevral ayının ilk günlərində fakt üzrə DİN-in 102 xidmətinə etdiyi şikayət 7 fevral 2022-ci il tarixdə 17-ci polis bölməsinin təhqiqatçısı Elşən Həsən oğlu tərəfindən dindirilmişdir. Aradan iki ay vaxt keçməsinə baxmayaraq heç bir nəticə yoxdur, “Gold X-Lady”-nin rəhbəri “öz sahibkarlıq fəaliyyətini genişləndirərək şəxsi instagram səhifəsində “həkim-hüquq müdafiəçisi” olduğunu müştərilərinə reklam etdirməkdədir.
Nərimanov Rayonunun 18-ci polis bölməsinə də “Gold X-Lady” nin sahibi Xanım Qurbanovanın əməllərindən şikayət edən Albukayr Revanur Ağaəhməd qızı, Əliyevə Şəfəq Xanəhməd qızı,Soltanova Raya İlham qızı və digər şəxslərin etdiyi şikayətlər üzrə tapdanmış hüquqları aylardır, illərdirki hüquq, dövlət, vicdanlı məmur axtarışındadır.
Mövzu diqqətimizdədir.
Afiye Qurbanova