
Bu gün Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədirliyi ilə İDEAL Partiyasının Başqanı Nazim Quliyevin iddiası üzrə cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti və "Omar Atçılıq" klubuna qarşı məhkəmə prosesi keçrilmişdir.
Məhkəmə prosesində Abşeron İcra Hakimiyyətinin hüquqlarını Qubatov Rəşad Qubat oğlu "Omar Atçılıq" Klubunun hüquqlarını isə Süleymanlı Elçin Hətəm oğlu müdafiə edirdilər.
Prosesin əsas leytmotivlərindən biri Nazim Quliyevə məxsus torpaq sahəsinin bütün yollarının bağlanması ilhaq edilməsi, yaradılmış maneələrin aradan qaldırılması və bu özbaşınalıqlar nəticəsində vurulmuş milyonların əvəzinin ödənilməsindən və.s ibarət idi.
Məhkəmə gedişatında məlum oldu ki, 2006-cı ildə verilmiş torpağın yol xəritəsi 2014-cü ildə qeyri-qanuni olaraq dəyişdirilmişdir. Bununla əlaqədar olaraq Abşeron rayonunda bir neçə vəzifəli şəxs həbs edilsədə, istintaqın tam başa çatmaması açıq şəkildə görsənən hallardan idi.
Məhkəmə baxışı 19 aprel 2023-ci il saat 15:00 –a tətin edilmişdir.