"Reddit" sosial şəbəkəsinin istifadəçiləri Klaudiya adlı uydurma qızın süni intellektlə yaradılmış intim kadrları üçün pul ödəyiblər.
İDEAL xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.
İlk dəfə "amerikalı qız" sosial şəbəkədə olan paylaşımların birində görünüb. İddialara görə, o, evdən öz fotosunu paylaşıb.
"Bilməyənlər üçün. Bu, şübhəsiz ki, süni intellektin məhsuludur, əgər siz süni intellekt modelləri ilə kifayət qədər uzun müddət işləmisinizsə və öz modelinizi yaratmısınızsa, bunu 10.000% deyə bilərsiniz", - Klaudiyanın selfisinin altında bir istifadəçi yazıb.
Məlumata görə ki, Klaudiya anonim qalmaq istəyən iki tələbə tərəfindən yaradılıb. Onların sözlərinə görə, hesab əsl qadınların fotoşəkillərindən 500 dollar qazanan kişi haqqında hekayəni oxuduqdan sonra zarafat məqsədilə yaradılıb.
Klaudiyanın müəllifləri onun sosial şəbəkədə yayılmasından əvvəl çəkdiyi çılpaq şəkillərini sataraq təxminən 100 dollar qazandıqlarını söyləyiblər.
Tələbələrdən biri bildirib ki, bu, süni intellekt şəkilləri ilə insanları aldada biləcəyinizi yoxlamaq üçün bir sınaqdır.
Nəşrin məlumatına görə, Klaudiya "Stable Diffusion" neyroşəbəkəsi vasitəsilə "makiyajsız, çiyinlərə qədər uzanan qara saçlar" ifadələrindən istifadə edərək yaradılıb