Bu gün:


"Gürcüstanın hüdudlarından kənarda tibbi yardım almasam, tezliklə öləcəyəm" - Saakaşvili

Tarix: 11.05.2023 / 11:08  •   Oxundu: 178 dəfə  •  

"Gürcüstana qayıdanda 54 yaşlı sağlam və enerjili kişi idim, indi isə həbsxanada 20-dən artıq ciddi xəstəlikdən əzab çəkirəm..."
 
"Mənim ölümün ölkədə siyasi xaos yarada bilər, amma şəhidliyim bütün dünya üçün güclü rəmz olacaq..."
 
"Gürcüstan Kremlə tərəf sürüklənməkdə davam etsə də, gürcü xalqı demokratiyaya sədaqətini nümayış etdirir..."
 
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili səhhətinin kəskin pisləşməsi barədə bəyan edib və yardım üçün ABŞ-a müraciət edib.
 
İDEAL xəbər verir ki, bu barədə "Qruziya online" nəşri yazıb.
 
Mixail Saakaşvili "Politico" nəşrinə bəyan edib ki, hazırda olduğu Gürcüstan həbsxanasında sağlam və enerjili kişidən 20-dən artıq diaqnozu olan xəstə insana çevrilib. Saakaşvili deyib ki, əgər ölkənin hüdudlarından kənarda tibbi yardım almasa, tezliklə öləcək.
 
"Mən səkkiz illik sürgündən sonra 2021-ci ilin oktyabr ayında azad və dürüst seçkilərə dəstək vermək üçün Gürcüstana qayıdanda 54 yaşlı sağlam və enerjili kişi idim.
 
Sonra mən Gürcüstan hakimiyyəti tərəfindən dərhal həbs edildim və o zamandan şayiələr və "hakimiyyətdən sui-istifadə" kimi siyasi motivli ittihamlar əsasında həbsxanadayam, bu ittihamları yalınız Kreml və Gürcüstan hökuməti qanuni hesab edir.
 
Həbsdə olarkən mənim sağlamlığım kəskin surətdə pisləşib, mən indi ölürəm.
 
Mənə müntəzəm olaraq fiziki və psixoloji işgəncə verilib, hazırda mənim orqanizmimdə ağır metallarla zəhərləndirilməyimin əlamətləri var. İndi mən 20-dən artıq ciddi xəstəlikdən əziyyət çəkirəm, bunların hamısı həbsxanada inkişaf edib.
 
Getdikcə daha aydın olur ki, əgər ölkə xaricində lazımi tibbi yardım almasam, tezliklə öləcəyəm. Mən ABŞ və beynəlxalq birliyə həyatımın xilas edilməsi  üçün Gürcüstan hökumətinə təzyiq göstərmək, İvanişvili və onun silahdaşlarına qarşı iqtisadi sanksiyalar tətbiq etməklə bütün mümkün olanları etməyə çağırış edirəm. 
 
Mənim ölümüm Gücüstanda siyasi xaos yarada bilər, lakin mənim şəhidliyim, heç şübhəsiz, bütün dünya üçün güclü rəmz olacaq və dünya Rusiya imperializminə müqavimət göstərilməsinin mümkün olmadığını görəcək".
 
Saakaşvili deyib ki, Ukraynada münaqişə başlanandan Gürcüstan "Kremlə tərəf sürüklənməkdə davam edir".
 
"Gürcüstanda demokratik proses ABŞ Dövlət Departamentinin insan haqları barədə Məruzəsində qeyd edilib, demokratiyaya qlobal təhlükə isə Putinlə Si Tszinpinin ötən ay görüşü zamanı nümayış etdirilib.
 
Lakin eyni zamanda Gürcüstan xalqı Tbilisinin mərkəzində, parlament binası qarşısında etiraz edərək özünün demokratiyaya sədaqətini təsdiq edib".