Bu gün:


Bakıda gecə vaxtı dəyənəklə polisə hücum etdi

Tarix: 23.05.2023 / 10:30  •   Oxundu: 96 dəfə  •  

Bakıda bir qrup şəxs gecə saatlarında ictimai asayişi pozub.
Bu barədə İDEAL-ın  "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən "Sevinc" restoranının qarşısında baş verib.
Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.
Hətta biri dəyənəklə polis əməkdaşına zərbə endirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İDEAL-a bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.
Görüntüləri olduğu kimi təqdim edirik: