Bu gün:


Türkiyədən Çinə gedən qatar Bakıdadır

Tarix: 10.12.2020 / 15:54  •   Oxundu: 73 dəfə  •  

Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı Bakıdadır.
Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət və məişət texnikası daşıyan konteyner qatarı Türkiyə daxilində İstanbul (Marmara)-Köseköy-Ankara-Sivas-Qars xətti ilə hərəkət edərək, Axalkalaki stansiyasından ölkə xaricindəki nəqliyyat şəbəkəsinə qoşulub.
Qatar Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə hərəkət edərək Xəzər dənizi üzərindən Qazaxıstana, oradan isə Çinin Sian şəhərinə yollanacaq.