
Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdullayev küçəsi ev 4 ünvanında yaşayan Xudiyev Azər Müseyib oğlu Prezident İlham Əliyevə müraciət etmişdir:
Müraciətədə deyilir: “Hara, kimə müraciət etməli olduğum Dövlət təssisatlı hüquqi ünvanları vəhşi cəngəllik qanunları basdığından, təkrarən Sizə müraciət edirəm ki, bəlkəm fundamental konstitusion hüquqlarım tanındı.
Mənə və ailə üzvlərimə qarşı silsilə dələduzluq cinayətləri törətmiş Goranboy rayonu Qızıl Hacılı kənd sakini Eminov Neman Bayram oğlu ilə bağlı Daxili İşlər Naziriliyinin 102 çağrı xidmətinə etdiyimiz çoxsaylı şikayətlər Nizami Rayon Məhkəməsi ( Rauf Əhmədov), Nizami Rayonu Polis İdrəsi (müstəntiq Cəmşid Sadıqov), Nizami Rayonu 23-cü polis bölməsinin bir neçə (Ömər Məmmədov ,Şəbnəm Ələkbərova) tərəfindən sobataj karuselinə mindirilərək zimbabve meşələrinə daşınmaqdadır.
Təsəvvür edirsinizmi, Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədirliyilə 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı Ömər Məmmədovun icraatında olan HK-1-577 saylı qondarma qərarından məhkəmə nəzarəti qaydasında vermiş olduğum şikayət (iş 6(007)-26/2022) dəvət edilsəmdə sonradan heç bir nəticəsi olmamışdır.
Nizami Rayon Polis İdarəsinin İstintaq bölməsinin baş müstəntiqi polis mayoru Cəmşid Sadıqov 01.02.2023 tarixdə qəbul etdiyi absurd qərarında iddia edir ki, mənə ümumilikdə 3130 manat pul atmış Eminov Nemanın yerini müəyyən edə bilməmişdir. Tragikomikdir. Əgər Eminov Nemanı tapa bilməyən Azərbaycan Polisi necə ola bilir ki, dələduzun əleyhimə “əks arqument” olaraq təqdim etdiyi sənədlər iş materiallarını bəzəyir.Dələduz Neman Eminov törətmiş olduğu cinayət barədə Goranboy Rayon Polis İdarəsində etiraf etmisdir. Artıq 2-ci ildir ki, Azərbaycan Polisi dələduz Neman Eminovu mühafizə etməklə məşğuldur. İnsan hüquqlarını, hüquqi dövlətin mahiyyətini tanımır və yaxud da tanımaq istəmirlər. Bilmirəm ölkəmizdə dələduzluq cinayəti üzrə araşdırılması üzrə hansı dövlət təsisatı məsul edilmisdir.
Hörmətli Cənab Prezident !
Sübuta ethtiyacı olmayan başqa cinayət faktı üzrə dələduz Nemanov Emin Bayramoğlunun əməllərinə hüquqi qiymət verilməsi üzrə tədbirlər görməyi Sizdən xahiş edirəm.