
8 saylı cəzaçəkmə müəssisəsində 10 ildir ki, cəza çəkən Eyvazov Nahid Qədir oğlunun həyat yoldaşı Eyvazova Sevinc Şəfi qızı Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevevaya , Baş Prokuror Kamran Əliyevə , Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Ədliyyə Naziri Fikrət Məmmədova və İDEAL-a müraciət etmişdir.
Müraciətdə deyilir: “Cənab Prezident, “OBŞAK” qrumunun çətiri altında Pentensiar Xidmətçilik göstərməkdə davam edən 8 saylı cəzaçəkmə müəssiəsinin rəisi Azər Hacıyev həmin müəssisədə baş verənlərlə bağlı media quruluşlarında getmiş yazıların günahkarı, həyat yoldaşım Nahid Eyvazovu hesab etdiyindən bizdən qisas almaq qərarına gəlmişdir.
Belə ki, bu gün həyat yoldaşım Nahid Eyvazova sovqat apardığım sovqat geri qaytarıldı.
8 saylı cəzçəkmə müəssiəsində şüurlu canlılar üçün nəzərdə tutulmayan, mənşəyi bəlli olmayan “balandanı” 10 ildir ki, həyat yoldaşım dadını bilməyib. Daimi yeməyi və digər zəruri əşyaları tərəfimizdən təmin etmişik. Əgər bu gün 8 saylı cəzaçəkmə müəssiəsində cəza çəkən 170 məhkumun 160-ı potensial norkamandırsa, bir o qədəri də mobil telefon daşıyıcısıdırsa, ümumi vəziyyətə ("polejeniya") Maştağalı Şəhriyar Abbasov, açıq zonun vəziyyətinə Elvin Gəncəli baxırsa aylıq tələb olunan xəracı məhkum vermədiyi halda kütləvi şəkildə tapdanırsa 7 nəfərlik otaqda tək qalırsa, 8 nəfərlik kamerada 30 nəfər məhkum saxlanılırsa, kameralar 1500-2000 manat arasında satılırsa “OBŞAK” qrumunun üzvləri VVAQ-dan kənar məhkumlar üçün nəzərdə tutulmuş görüş otağını pritona çeviribsə, TSH (Tibb Sanitar Hissə) burju məhkumların istirahət məkanına çevrilibsə bunun günahkarı həyat yoldaşım Nahid Eyvazovdur ?
Cənab Prezident !
Bir neçə dəfə müəssisənin xanım əməkdaşı və şəxsən Azər Hacıyev konfidensial və konsensus söhbətlər apararaq həyat yoldaşım Nahidin yanıma gəlməməyi, başqası ilə ailə həyatı qurmağı və mənə yaxşı iş tapacaqları vədlərini də vermişlər.
8 saylı cəzaçəkmə müəssiəsində saxlanılanlar ermənilər deyil , Azərbaycan vətəndaşlarıdır və onları öldürmək üçün deyil cəza çəkmək üçün həmin ünvana göndərmişlər. Eyni zamanda onlardan narkoman düzəltmək üçün deyil islah etmək üçün göndərmişlər.
Bu konteksdə həyat yoldaşım Eyvazov Nahid Qədir oğlunun təhlükəsizliyini təmin etməklə, fundamental konstitusion hüquqlarını bərqərar etməklə, rəis Azər Hacıyevin də üzvü olduğu “OBŞAK” qrumunun zərərsizləşdirilməsi istiqamətində tədbirlər görməyi Azərbaycan vətəndaşı, xanım olaraq xahiş edirəm.
P.S. Dövləti ağcaqanad kimi soran nazirliklər, komitələr tabeçiliyində yaradılmış “İctimai komitə, ictimai şüra” üzvləri də yazıdan özlərinə pay götürə bilərlər .
Rüfət Kamil