
İDEAL-a daxil olan şikayətdə məlum olur ki, “Sumqayıt Bulvar” MMC- nin direktoru vəzifəsinə təyinat almış Seymur Məmmədov və onun yaxın qohumu Çingiz Təhməzov təkcə Sumqayıt şəhəri ərazisində deyil, eyni zamanda Abşeron torpaqlarında da feodallıq etməkdə heç bir sədd gözləmirlər.
Həmin şəxslər hakimiyyət resurslu arxalıqlarından istifadə edərək Masazır kəndi, Xəqani 92 ünvanında qeydiyyatda olan, hazırda ƏNPX-in 8 saylı C.Ç.M-də cəza çəkən Talıbov Əjdər Fərrux oğlunun mülkiyyətini zəbt edərək özününküləşdirmişlər.
Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, “Sumqayıt Bulvar” MMC-nin direktoru Seymur Məmmədov və onun yaxın qohumu həmçinin ortağı olan Çingiz Təhməzov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsiylə təqsirli bilinərək, barələrində 5 illik şərti azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
Mövzu diqqətimizdədir.
Rüfət Kamil