Bu gün:


BƏLƏDİYYƏ SAXTAKARLIĞI

Tarix: 17.10.2023 / 20:24  •   Oxundu: 270 dəfə  •  

     Mazasızr Bələdiyyəsinin sədri Azər Quliyev, 11 ildir ki həbsdə olan Əjdər Talıbova məxsus 20 sot torpağı məhkumun xəbəri və razılığı olmadan Masazır qəsəbəsində dəllallıq misiyasını yerinə yetirən və əslən Laçın rayonundan olan Çingiz Təhməzovun qohumu vasitəsilə Xəqaninin  adına keçirmişdir. 

     Bələdiyyə sədrinin qanunsuz əməllərilə bağlı telefon sorğumuza onun cavabı qəribə oldu. Suallarımızdan əndişələnən bələdiyyə sədri problemi “yerindəcə” həll etmək məqsədilə bizi iqamətgahına dəvət etdi. Bələdiyyə sədrinə qandırmağa çalışdıq ki, İDEAL heç bir zaman yaradılışından hansısa məmurun qapısına getməyib, qapı-qapı sülənən, dilən payı yığan  ZURNAlistikanı de-şifre edib, onların milli və siyasi heçkimliklərini publikaya olduğu kimi təqdim edib. Həmdə Azər Quliyevi çoxda qınamırıq ki, gördüklərinə rəğmən düşünür ki, jurnalisti kabinetinə dəvət edib çay süfrəsinə qonaq etmək ən böyük “hörmətdir”.    

     Bəli Azərbaycan rekert jurnalistikasının professoru Əli Həsənovun rəhbərliyi, hazırda həbsdə olan KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin, maklatura mediasının (“xalq qəzeti”) baş redaktoru Amaşov Əflatunun təqdimatı əsasında ƏMMƏKdarlanan “jurnalistlərin” sayəsində azad söz, müstəqil media, media haqqında qanun məhv edilmişdir. Digər bir qrup isə evindən, obasından, ərindən, atasından, qardaşından küskün düşmüşlər əllərinə mikrafon alıb  rayon, kənd gəzə-gəzə məhv edilmiş jurnalistikanın sümüklərini sormaqdadırlar. 

     Bələdiyyə sədri Azər Quliyev və digər məmurlar bilməlidir ki, media mənsubları istənilən kontekstdə, istənilən məmuru sorğulamağı haqq edir və onun sorğularını cavablandırmaq isə məmurların vəzifə borcudur

     İndi isə Azər Quliyevi bu vəzifəyə təyin edən Rauf Babayevin qudası, Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevdən soruşuruq. Həbsdə olan şəxsin ( Əjdər Talıbov) xəbəri və razılığı olmadan mülkiyyətini başqasının adına sənədləşdirən Azər Quliyevin qaranlıq əməllərindən məlumatınız varmı? 

Araşdırmalarımız davam edir.

     Polad Musayev