Bu gün:


NƏSİMİ RAYONU, 28 MAY KÜÇƏSİ 11 ÜNVANINDA LEŞ REALİZASİYASINA BAŞLANILDI!!!

Tarix: 20.10.2023 / 13:51  •   Oxundu: 258 dəfə  •  

Bakı şəhəri, Nəsimi rayonu, zibilxana küçəsi 11 (28 May küçəsi 11) ünvanında şəhər meri Eldar Əzizov tərəfindən inşa edilmiş zavod vətəndaşlardan təkcə zibil deyil, eyni zamanda heyvan leşlərinidə qəbul etməkdə davam edir. 

     Xüsusilə bu sıralamada korrupsioner məmurların ən çox qidalandığı “Balık Ekmek” adlı obyektin zibilxana zavoduna ixrac etdiyi leşin qoxusunu duymaq başqa bir faciədir. 

     Əməkdaşımızın obeykti idarə edən şəxslərlə söhbəti zamanı bildirirlər ki, “qazancımızın yarısından çoxunu Gigiyena və epidemiologiya mərkəzinə, polislərə, icra hakimiyyətinə veririk, nə etməliyik? Bu qədər pulu nəyə görə veririk ? canları çıxsın özləri təmizləsinlər!” 

    Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin obyektin mülkiyyəti  Bakı şəhəri, 28 May küçəsi 11, mənzil 3 ünvanının xüsusi mülkiyyətçisi Ceyhun adlı relittora aiddir.  Biabırçılıqla bağlı sakinlər dəfələrlə onunla söhbətləşib  xəbardarlıq etməklərinə baxmayaraq, rüşvətə hamilə qalmış dövlət qurumlarının sayəsində zibilxana zavodu öz iyrənc qoxusunu yaymaqda davam edir. Eyni zamanda burada təkcə iylənmiş balıq leşləri deyil,həmçinin rayonlardan danışan leşlər toplanılır bu ünvanda realizasiya olunur.

    Özünü “Balık Ekmek” obyektinin sahibi kimi tanıdan Mais Adıgözəlov adlı şəxs  bizimlə əlaqə saxlayaraq həmin zibilxanaya təkcə onların zibil atmadığını, onlardan əlavə 8 obyektin həmin  zibilxanadan istifadə etdiyini, heçnəyin boş-boşuna olmadığını, hərkəsin “haqqını” verib obyekt işlətdiyini bildirdi.

 PS: Zibilxana hesabına arvad-uşaq saxlayan zibil məmurları zibil qarışıq ərazidən təmizləyənədək mövzunu davam etdirəcəyik.


                                                Polad Musayev