Bu gün:


BƏRDƏ MƏHKƏMƏSİNDƏ ELSUN SOYSUZLUĞU

Tarix: 19.12.2023 / 16:26  •   Oxundu: 725 dəfə  •  

Vətəndaş Məmmədova Şəhla Eldar qızı Dövlət Başçısı İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya, Məhkəmə-Hüquq Şürasının Sədri cənab İnam Kərimova və eyni zamanda Redaksiyamıza müraciət etmişdir.
Müraciəti olduğu kimi təqdim edirik:

2022-ci ilin yanvar ayından keçmiş həyat yoldaşım Məmmədov Bəhruz Nazim oğlundan (Bərdə rayonu Kələntərli ərazi dairəsi, Alaçadırlı kəndi) boşanmaq məqsədilə Bərdə rayon Məhkəməsinə müraciət etmişəm. Etdiyim müraciət 2 ildən artıqdır ki, sabotaj edilməkdədir. 

     Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu işi bir neçə qeydiyyat nömrəsi üzrə  (iş № 2(021)-3157/2022; iş № 2(021)-251/2023) qeydiyyata almaqla yanaşı məhkəmə baxışına təyin edilmişdir. 

     Yekun məhkəmə “Qətnaməsi” çıxmadığından bezib Bərdə Rayon Məhkəməsinə yollandım. Məhkəmədə məni qarşılayan Vüsal adlı şəxs (051 708 81 81) Elsun Əhmədovun adından çıxış edərək məndən əlavə 20 manat , 5 manat, 5 manat, 3 manat, 1 manat aldıqdan sonra yola saldı ki, “narahat olma işiniz həll ediləcək”. 

     Ardınca, Elsun Əhmədovun köməkçisi Elsun Əhmədovun adından zəng vurub mənə bildirir ki, sizin Mediasiya sənədiniz iş materiallarında yoxdur. 

     Doğurdanda mənim Mediasiya sənədim iş materialları içərisində yox idisə, Elsun Əhmədov iş № 2(021)-3157/2022 saylı “Qərardadı” hansı sənədlər üzrə qəbul etmişdir? Faktiki olaraq mən bütün sənədləri olduğu kimi zamanında vermişdim. 

Hörmətli İDEAL Redaksiyası!
      Sizin yüzlərlə hüquqları pozulmuş vətəndaşlara maddi, mənəvi, hüquqi yardım etdiyinizin şahidiyik.
 3 övladım var onları dolandırmaq mənim üçün çox şətindir. Azərbaycan xanımı, anası olaraq Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Əhmədov və onun dilənçi calaqçılarının qanundan və dövlətdənkənar əməllərinə hüquqi qiymət verilməsi ürə köməklik göstərməyi Sizdən Xahiş edirəm.