Bu gün:


Separatçıların fotoları İrəvandan yığışdırıldı

Tarix: 24.12.2023 / 16:07  •   Oxundu: 80 dəfə  •  

“Arsax” liderlərinin şəkilləri olan plakatların İrəvandan yığışdırılması hökumətin zəifliyi və İlham Əliyevdən qorxduğunun göstəricisidir.
İdealmedia.az xəbər verir ki, bu barədə “Nikol Ağbalyan” tələbə birliyinin bəyanatında bildirilib.
“Xancyan küçəsinin (İrəvan) estakadasının hər iki tərəfində “Erməni liderləri Bakıda həbsdədir” sözləri və “arsax” hərbi-siyasi rəhbərliyinin fotolarını əks etdirən plakatlar asmışdıq. Lakin cəmi bir neçə saatdan sonra plakatlar yığışdırıldı”, – bəyanatda qeyd edilib.