Bu gün:


"Şəhidlərin fotoları su qablarında nə gəzir?"

Tarix: 15.10.2021 / 15:01  •   Oxundu: 159 dəfə  •  

Bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə edilən əsas mövzulardan biri də şəhidlərin fotolarının üzərində əks olunmuş su qablarıdır. Hansı ki, bu qablar istifadədən sonra zibil qablarına atılır. Şəhidlərin fotolarının zibil qablarında qalması isə böyük narazılığa səbəb olur.

Mövzu ilə bağlı ekspertlər qəbuledilməz olduğunu vurğulayıb.
Qarabağ qazisi Kamil Müsəvi şəhidlərimizin fotolarının su qablarının üzərində əks olunmasına qəti şəkildə etirazını bildirib:
"Ümumiyyətlə şəhidlərimizin şəkillərini öz şəxsi mənfətləri üçün istifadə edən insanların əleyhinəyəm. Bu təfəkkürdə olan insanların o suyu hansı məqsədlə istehsal etməsindən  xəbərsizəm. İstənilən halda şəhidlərimizin şəkillərinin su qablarının üzərinə vurulması bir vətəndaş olaraq məni narahat edir. İnsan onu fikirləşməlidir ki, bu  suyu istifadə etdikdən sonra onu harasa atacaq. Ən azından sonuc olaraq şəhidimizin üzərində fotosu olan su qabı zibillikdə olacaq. Ola bilər insan özü özlüyündə düşünür ki, mən bu addımımla vətənpərvərlik nümayiş etdirirəm. Əgər su zavodum varsa qabların  üzərinə şəhidimin şəklini vurum, amma bu şeyləri mütləq qaydada düşünməli idi. Mən bu cür təbliğatların əleyhinəyəm. Sonunu düşünərək təbliğat aparmaq daha məqsədə uyğun olar. Nəticə olaraq cəmiyyətdə bu düzgün qəbul olunmur. Ona görə maksimum dərəcədə iş adamlarından şəhidlərimiz və qazilərimiz haqqında fikir səsləndirən, onlar haqqında təbliğat aparanlardan xahiş edirəm ki, hər bir işin sonunu düşünərək addım atsınlar".

Şəhid ailələrinin yanında olan və daima onların ailələrini ziyarət edən bloger Kamil Zeynallı bu kimi halların xoşagəlməz olduğunu bildirib:
"Şəhidlərimizin fotolarının su qablarında əks etdirmək düzgün deyil. Su içiləndən sonra o qablar zibiliyyə atılır. Kimsə öpüb o fotoları gözünün üstünə qoyan deyil. Şəhidlərin fotoları su qablarının üstünə nə gəzir? Bunu edən şirkətin yaxasından yapışmaq lazımdır ki, şəhidlərimizin fotoları nə gəzir su qablarının üzərində?".

Şəhid ailələrinin yanında olan və daima onların ailələrini ziyarət edən Kamil Zeynallı bu kimi halların xoşagəlməz olduğunu bildirib: "Şəhidlərimizin fotolarının su qablarında əks etdirmək düzgün deyil. Su içiləndən sonra o qablar zibiliyyə atılır. Kimsə öpüb o fotoları gözünün üstünə qoyan deyil. Şəhidlərin fotoları su qablarının üstünə nə gəzir? Bunu edən şirkətin yaxasından yapışmaq lazımdır ki, şəhidlərimizin fotoları nə gəzir su qablarının üzərində?".