Milli və Beynəlxalq hüququn norma və prinsiplərində, qanunların kimisinə imtiyaz kimisinə cəza verilməsi kimi müddəa olmasa da...
Ədliyya Nazirliyi Pentensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının rəisi Cəlil Əliyev Rüşvət fonunda istədiyi adama imtiyaz verir və qanunları qaydalırının əsirinə çevirə bilir. Qızı qətlə yetirilmiş özü isə ağır yaralanmış Tovuz rayonunun Əyyublu kənd sakini Nağıyeva İsvet Qurban qızı dövlət qurumlarına və İdeal-a şikayət edərək bildirmişdir ki, qatil ha- hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Həsənov Tofiq Əli oğlu onlara telefon açaraq nəlayiq küçə söyüşlərilə təhqir edib təhdid etməkdə davam edir. Fakt üzrə müvafiq Dövlət Orqanlarına edilən müraciətlər bugünə kimi hüququ həllini tapmır. Apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, qanqster Tofiq Həsənov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə təqsirləndirilərək 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və 2023-cü ilin iyun ayında apellasiya şikayəti yekunlaşmışdır. Qəribədir aradan 7 ay keçməsinə baxmayaraq, Tofiq Həsənovun hələ də Şüvəlan Təcridxanasında Əliyev Cəlil Misir oğlu tərəfində himayə edilməsi hansı zəzurətdən irəli gəlir?!
Mövzu diqqətimizdədir.
İnci Osmanqızı