Bu gün:


DİN-dən 16 yaşlı qızın 32 yaşlı oğlanla nikahsız yaşaması məsələsinə REAKSİYA

Tarix: 03.02.2024 / 11:28  •   Oxundu: 43 dəfə  •  

İDEAL xəbər verir ki, sosial şəbəkələrdə cütlüyün yaş fərqinə görə valideynləri də qınanıb. 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov İDEAL-ın sorğusuna cavab olaraq bildirib ki, rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər:
“Onlarla profilaktik iş aparılıb. Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Onlara izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq”.