Bu gün:


Şəhidlərimiz-Qazilərimiz ruhumuzda simvollaşmış əbədi qəhrəmanlarımızdır

Tarix: 16.12.2020 / 19:46  •   Oxundu: 164 dəfə  •  

Tarix dərsindən 2 alan şagirdlər şərəfli tarix yazdıqları kimi,tarix fənni qarışıq bütün fənnlərdən əla qiymətlər alan təminatlı məmurların övladlarıda real olaraq tarixin-vətənin sınağından sınıq-fərari olaraq çıxdılar. Faciəvi tendansiya budur ki,tarix yazan zabit əsgərlərimizə olan diskriminasiyalar yenədə açığa vurdu...
Cəng meydanında tarix yazan igidlərimiz,zəfər günündə  dəyərləndirmək yerinə,iynə-dərman ,sosial problemlərlə üz-üzədirlər...
    Kabinetlərdə oturub,qanun-insan-namus alverçiliyi ilə ənənəvi məşğul olan konsentrik dairələrsə yenədə dəmir- taxta medallarla yüklü edildilər.Nə isə...
Məni düşündürən və  qayğılandıran əsas məqam budur ki,olum-ölüm anlarında düşmənlə üz-üzə duran Şəhid əsgər və Qazilərimiz layiq olduqları ən ali mükafatla nədən təltif  edilməsin?
   Gözlərinin nurunu,Qollarının -Qıçlarının taqətini VƏTƏN NAMİNƏ qurban vermiş cəsur döyüşçülərimiz haqq etdikləri mükafatlarının almalıdırlar!
Buda şou-biznesin əcaib kulisi deyil ki,fonoqrammadan başqa birdə,xədim məmurlara araçılıq missiyasına  görə mütrüfə fəxri adlar verilsin;
Buda " media "cameəsi deyil ki,hər döngədə könlünü-ruhunu-cismini satışa çıxarmışlara  fəxri adlar verilsin;
Buda...
    Heç olmasa qanla-canla alver etməyin!