Bu gün:


NAZİM DEAL: ƏDLİYYƏ NƏ DEMƏKDİR ?

Tarix: 01.01.2021 / 17:56  •   Oxundu: 177 dəfə  •  

Cavabdehin Badamdarda , Alatavada ,Sumqayıtda evləri , bir neçə xarici avtomobili və namornikdə saxladığı  rüşv-ət-xor məə-mırr-ı var...

2 (103)-1526/2014 saylı , 06.03.2014-cü il tarixlin Bakı Apellyasiya  Məhkəməsinin  Azərbaycan Respublikası adından çıxarmış olduğu Qətnamənin icrası Bakı şəhəri, Nəsimi icra şöbəsinin icraatındadır.

7 yıl ərzində 7-dən artıq kiçik-baş icra məmuru tutduğu vəzifədən çıxarılsada ,yenilərilə əvəz edilsə də sabotajın mahiyyəti dəyişilməz olaraq qalır.
Konstitusiyaya  ana qanun deyib, ondan ayağı sürüşkən anaları kimi istifadə edənlər Konstitusiyasının 129-cu maddəsinin mahiyyətini qanırlarmı?

Oxusalar bilərlər ki: "Qətnamələr -Qərarlar Azərbaycan Respublikası adından qəbul edilir və onun icrası məcburidir".

7 yıldır ki ,AR-sı adından çıxarılmış Qətnamə rüşvət çəlləyində qıcqırmayan ,şəxsi ləyaqət hissi olan,özünü və qanunları tanıyan məmur axtarışındadır!
Bir vəkil öz şəxsi statusunda yazıb ki, Ədliyyə naziri cənab Fikrət Məmmədovun qəbuluna düşə bilsən,ədalət bərqərar olar!?

Azərbaycan Respublikası adından çıxarılmış Qətnamə 7 yıldır ki,cənab nazirin qəbuluna girib çıxmaqdan virusa yoluxub  və ölüm ayağında belə soruşur ki ,Ədliyyə sözünün mənası nə deməkdir?

Bürokratik sabotaj ?,anarxiya ? yoxsa QANUN ???
Ümumiyyətlə Məhkəmə qərarlarının icrası üzrə Ədliyyə Nazirliyində "kurator" kimdir???