Deputatdan qazimizin təhqir edilməsinə reaksiya
Tarix: 04.01.2021 / 14:39 •
Oxundu: 246 dəfə •
“Tolik qazimizi təhqir edib. Tolik çalışdığı “Xəzər” TV-nin keçmiş rəhbəri Şamxal Həsənovun səviyyəsində olan bir adamdır. Belə olmasaydı ona veriliş yaratmazdı”.
Bunu Milli Məclisin deputatı Etibar Əliyev bildirib.
Daha sonra deputat qeyd edib: “Bir İlham Mirzəyev də var idi. Bir neçə il Xalqa “Psixoloq seansları” verdi. Sonra tutdular. O da Vaqif Mustafayev səviyyəsində idi. Belə adamlar artıq efirə qatşı nifrət yaradıblar.
Bir alim, bir şair, bir sənətkar və elm adamı televiziya üzü görə bilməz. Televiziya rəhbərilərinin təfəkkürlərinə Alışanov təfəkkürünün radioaktiv tullantıları hopub. İstədikləri özbaşınalıqları edirlər. Qohumbazlığı, dostbazlığı, ədabazlığı gündəlik həyat tərzinə çeviriblər.” – deputat qeyd edib.
Etibar Əliyev vurğulayıb ki, hansı kanala baxırsan, müğənni veriliş aparır:
“İslahatlar Universitetlər, Elmlər Akademiyası və televiziyalardan başlamalıdır. Bunların hər üçünün ictimai rəyə təsiri yoxdur.
Vətən müharibəsində Böyük Qələbənin qədrini bilməliyik. Donuq təfəkkürlü, ictimai mənafeni şəxsi mənafenin tapdağı altına salan, yekəxana, savadsız insanlarla üzülüşmək vaxtıdır.
Qələbəmizi insan kapitalının inkişafına və tərəqqiyə yönəltməliyik. Tarixə diqqət edin: Böyük qələbədən sonra yüksək tərəqqi başlayır”