Bu gün:


“Mübariz bəyin azadlığa çıxma xəbərini eşitməmişəm...”

Tarix: 13.01.2021 / 15:11  •   Oxundu: 125 dəfə  •  

Həbsdə qalan iş adamı Mübariz Mənsimovun bu gün məhkəməsidir. Sosial şəbəkələrdə isə M.Mənsimovun azadlığa çıxmasıyla bağlı xəbərlər yayılıb. 

M.Mənsimovun ailəsinə yaxın olan Əməkdar artist Baloğlan Əşrəfovla əlaqə saxlanılıb. Müğənni hələ ki, bundan xəbərsiz olduğunu bildirib:

“Bu gün Mübariz bəyin məhkəməsidir. Türkiyədə məhkəmədə iştirak edən ən yaxın adamlarımdan biriylə əlaqə saxlayıram, amma hələ ki, mənə belə məlumat verilməyib. Halbuki o, adam məhkəmədədir. Həmin yoldaşla belə danışdıq ki, nəticəylə bağlı birinci mənə xəbər versin. Ona görə Mübariz bəyin azadlığa çıxma xəbərini eşitməmişəm”.