Bu gün:


Rəis Elnur İsmayılovun oğru qanunları...

Tarix: 21.01.2021 / 19:37  •   Oxundu: 136 dəfə  •  

II-Cİ HİSSƏ.....

Əvvəla rüşvət və ya  nepotizm fəlsəfəsi üzrə vəzifəyə dürtüşdürülmüş zombi məə-mırr-ların və onların arxasına arxa olan iri buynuzluların diqqətinə bir məqamı çatdırmağı özümə borc bilirəm: 

Dövlətin tabeçiliyində olan müəssisələr şəxsi obyekt deyil ki, şəxsi qaydalarla idarə edilsin! 

Bütün dövlət müəssisələrinin fəaliyyəti qanunlarla tənzimlənir və qanunamüvafiq olaraq da Xalqa xidmət onların vəzifə borcudur. 

Dövlət müəssisəsinin qarşısına yazılmayıb ki, filankəsin atasının idarəsi?

Doğrudur istər Elnur İsmayılov, istərsə də digər qurumların rəhbərlərinə PA-nın eks şöbə rəisi həsənov əlinin təlimatına  uyğun olaraq truppası məlumat yayıb ki, "bizdən başqa heç kəsi qəbul etməyin, sorğularına cavab verməyin".

Təlimatdan yararlanan cinayətkar birliklər heç bir müstəqil, obyektiv jurnalistikanı qəbul etməyərək, ayba-ay əlinin iradəsinin icraçılarına aybaşı göndərməklə qanunlar üzərində istədiyi oyunu oynayıblar və bir balaca cəsarəti olan qələm sahiblərinə də öz adlarını çamurlayıblar. REKET...

30 ildir ki. ermənizm Arsak deyib sarsaqladıqları kimi, əli və onun tulaları da haqq etdiyi reket stiqmasından  imtina edib, başqalarını şərləməyə çaba göstərsələr də FAKT GÖZ ÖNÜNDƏDİR!

Keçək Bakı İstintaq Təcridxanasında həyata keçirilən Penitensiar "islahatlara"...

1. Ən çox gəlir sahəsi hesab olunan görüş hissəsində işləyənlərin hamısı simsarlarıdır və qanuni görüş üçün minimum 20 manat başlıq ödənilməsə mümkünsüzdür!
Pandemiya dönəmində direktivlər üzrə BİT-də bəslənilən oliqarxlara "ailəvi görüş" verildiyi halda, digər kasıb və hüquqsuz məhkumlara sovqat qəbulu yasaqlanıb .
Yazdıqlarıma şübhə edən varsa, dövlət hesabına milyonlar xərclənmiş monitorlarda monitorinq keçirilsin.
Nəticəsindən asılı olmayaraq, həmin şəxslərin kimliyini növbəti saylarımız da açıqlayacam.

2. Vəkil otağı adlı hissənin başçısı rəisin xalası oğlu Rövşəndir və onun istər məhkum qadınlarla, istərsə də ayağısürüşkən qadın vəkillərlə davranışı qəbuledilməzdir.
Görüşə çağırılan təqsirləndirilən şəxslər Rövşənin tələb etdiyi pulu verməzsə, növbəti dəfə otaqsız və yaxud da urvatsız şəkilə salınacağı birmənalıdır...

3. Kitabxana adlanan məkan təsərrüfat briqadasının ərazisində ("xoz") yerləşir və bir otaqlı balaca bir məkanda ən müasir kitab  2009-cu ilin buraxılışıdır.

Heç bir məhkum bu zonaya gələ və ya gətirilə bilməz. Çün ki, burda ayda 5-10.000 manat icarə haqqı ödəyən, xalqa zülm etdiyinə görə zona getməkdən qorxan məə-mırrlar himayə edilir.

Ümumiyyətlə təsərrüfat hissəsi TSH-dən sonra burjuların ən çox toplaşdığı məkandır və bütün otaqlar icarədədir.
Əvvəllər bu hissəyə Şərqşünaslıq institunun direktoru Gövhər Baxşəliyevin qardaşı İlham Baxşəliyev kassirlik edirdisə, hazırda əvvəllər məhkuma gələn məktubu 1 manata satan, məhkumun hüquqlarını sabotaj edən  Əhəd adlı şəxs ("zampolit") rəhbərlik edir.

İdarəetmənin spesifikası bundan ibarətdir ki, qul kimi istismar edilən fəhlə məhkumların adlarına yazılan pullar sonunda azadlığa buraxılmaq adı altında məhkənə yə verilir və eyni zamanda adları xoz da himayə olunan məhkumların sistematik  və konseptual soyulmalarından ibarətdir...

Ardı var....

Qarşı tərəfin sübutla etiraz etmə haqqını tanıyırıq.

Kamal Kamiloğlu