Bu gün:


22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR!

Tarix: 28.01.2021 / 15:03  •   Oxundu: 270 dəfə  •  

Bu sistemə çox yaxından bələdəm...
Bu sistemdə baş verən cinayətlər heç də Elsəvər Abdullayevin qaydaları ilə idarə olunan orqanlardan geri qalmır!

Bütün qanundankənar hərəkətlər məhz kazus-kabinetlərdə, Heydər Əliyevin, İlham Əliyevin Portreti altında həyata keçirilməkdədir!

Cinayəti-rahatca törədənlərin başı, onları idarə edən başı boş hüdudsuzlara bağlandığından yazılanlar, göstərilənlər ümumi bilgidən başqa heç nəyi ifadə etmir...

Gündəmin rezümesini Sizlərlə paylaşıram:

1.Kürdəxanı Plaza  ("Bakı istintaq təcridxanası")- Korrupsiya İttihamı ilə DTX tərəfindən həbs edilmiş məə-mırr-lar 2-5-8-ci korpusun 1-ci mərtəbəsində aylığı 10.000 manata bütün imtiyazlara yüklü edilərək, digər hüquqsuz məhkumların hava-telefon-çarpayı-görüş-həkim-vəkil-yemək haqqlarını udmaqdadır...
Haqqı tələb edən şəxslər üçün qaydasız döyüş karsda bitir.

2.Şüvəlan Plazanın rəisi Misir Əliyevin oğlu Cəlil Əliyevdir.
"Parçala para qazan" təfəkkürü ilə idarəetmə qabliyyətli Cəlil məhkumlara C.Məmmədquluzadənin əsərlərinin gözü ilə baxır.
Vəziyyət trağikdir...

3.MM-Motel ( "Müalicə Müəssisəsi") Kim Kardaşyan,Lena Reif, Miss Raquel, Kayla Girenin məhşurluq qazandığı məkanlarda baş verənlər, Böyük Şor qəsəbəsi, 8-ci köndələn qəsəbəsində baş verənlərin yanında bir heçdir...
Gülbahar İbrahimova, Səadət Əzizova, Səidə Məmmədova, Tünzalə Vahabova, Leyla Əliyeva...və. s, bu xidmətin özünə xidmət fraksiyasının personallarındandır...

MM-in tantrik fəaliyyəti ilə bağlı bir neçə ədəd baş-ayaq "rəisi" çıxdaş etməyə müvəffəq olsamda, eks MK katibi Kamran Bağırovun bacısı oğlu Rəşad Dəmirov hələdə Səadətli günlərini yaşamaqdadır...
Dövlətə, Xalqa xəyanət etmiş bütün renaqatlar bu məkanın ən sevimli müsafirlərindəndir...

4.İMM-Motel ("İxtisaslaşmış Müalicə Müəssisəsi" -tub zon) 
300-dən artıq məhkum bir-birilərinin belində COVİD-19-la mübarizə apardığı halda, Vilyam Hacıyev müstəqil Vilayətin qubernatoru kimi öz kabinetindən Ramiz Qalinayanla telefon əlaqəsi yarada bilir...
Komendant -Elşən Qırxlarov pulsuz məhkumları döyüb, başlarını qırxa bilir...

5. 1 Saylı C.Ç.M-si Rəisi Emin Həsənov-kayfulla...
Müavin ("zampolit")-Elşad Quliyev şortu biznesin ünlü siması. Missiyası qanun satıb dövləti aşağılamaq tendensiyası...
Bu məkanın kitabxanasında pornoqrafik filmlər nümayiş etdirilir.
Şəhid Övladlarına fiziki-cismani-mənəvi işgəncə verilən hırraxana...

6. 2 saylı C.Ç.M-si.
7-15 saylı C.Ç.M-də narkotika alverçiliyi ilə məşğul olduqlarına görə çıxdaş edilib, sonra rüşvətlə cinayətlərinə davam edən rəis Tahir Yusifov, müavin-Eldəniz Hacıyev hazırda qanun, narkotika alverçiliyinin səviyyəsinə görə 11-ci zondan sonra 2-ci yerdə qərarlaşır...

7....
8....
İyrənc kayotaların manerasından asılı olmayaraq bu sistemdə Dövlətinə-Xalqına təmannasız, sədaqətlə xidmət edən Dostlar da VAR!

Mənəvi həyatını, fiziki həyatından üstün tutan, mundirindəki haqq-ədalət tərəzisinin, mantiyasının mahiyyətini dərk edib, məsuliyyət hissilə Vətəndaş məmnunluğu qazanan bütün Ədliyyəçiləri təbrik edirəm!