NAZİM İDEAL:" Get hara istəyirsən, şikayət et qanunu"
Tarix: 12.02.2021 / 10:39 •
Oxundu: 333 dəfə •
Bakı Şəhəri, Nəsimi rayon Polis İdarəsinə, Prokurorluğuna rəsmi şəkildə 20 noyabr 2020-ci il tarixdə olunan şikayət bu günə kimi qanun-hüquq-ədalət axtarışındadır!
Vətəndaşın iradəsi əleyhinə oturduğu məkanın kilidi sındırılır, digər kilidlə əvəzlənir və kabinetdə olan 15.000 manat pul, dəyəri 20.000 civarında texniki avadanlıqlar, möhürlər,şəxsi əşyalar, sənədləri bu günə kimi götürmək müşkülə çevrilib.
Edilən şikayətin araşdırılması aidiyyatı üzrə Nəsimi rayon Polis idarəsinin 22-ci Polis bölməsinin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadənin icraatında bir müddət hərəkətsiz saxlanıldıqdan sonra, 07 dekabr 2020-ci yıl tarixli HK-1-1604 saylı qondarma qərarında şikayətdə göstərilən xüsusatlar etiraf edilsə də iddia rədd edilmişdir!?
Qondarma qərardan Nəsimi rayon Prokurorluğuna edilən şikayətdən də hər hansı gəlişmə yoxdur və oğurlanmış əmlakların qaytarılması üçün Nadir Rza-zadə və sahə müvəkkili Ramiz Aslanov rəhbər göstərişin vacib olduğunu bildirmişlər!
Artıq 3 -cü aydır ki, Polis preventiv tədbirlər görmək əvəzinə bilərəkdən və qəsdən təxribat şarlarını doldurmaqla məşğuldur.
Əmlakların götürülməsi, qarşı tərəfin törədə biləcəyi gözlənilən təxribatların qarşısını almaqdan ötrü, özünün iştirakından imtina etmiş və "get hara istəyirsən şikayət et" işlək qanunu dövriyəyə buraxmışlar.
Bürokratik sabotajlar öz aktuallığını qorumaqdadır!
Direktivlərin və şəxsi korporativ qaydaların yolunu gözləyənlərin məqsəd-məramı bəllidir və onlar bir qayda olaraq vətəndaşın bədbəxtçiliyi üzərində öz "xoşbəxtçiliklərini" həyat kredosu hesab edən köstəbəklər olsada müvafiq orqanların rəhbərlərinə sual edirəm:
Dövlət Vətəndaşın ortaq təsisatıdırsa, niyə eyni sistemin daxilində istismar edən və edilən var!
Niyə? birinin zəhməti başqasının sərvətinə çevrilməlidir?!
Oğurluq , özbaşınalıq cinayətlərinin araşdırılması, hüquqi qiymət verilməsindən ötrü dövlət qanunlarını və vətəndaşlarını tanıyan, onun problemlərinə həssas yanaşan qurumun adı nədir?
Vətəndaşa sərgilənən bu cür despotizm ənənəsi nə vaxta kimi davam edəcək???
Ardı var...