Bu gün:


ABŞ yalnız rus şirkətlərini hədəf aldı

Tarix: 19.02.2021 / 12:45  •   Oxundu: 125 dəfə  •  

ABŞ Şimal Axını-2 qaz kəmərinin tikintisi ilə bağlı Almaniya şirkətlərini sanksiyalar siyahısına daxil etməyəcək.
Bu məlumatı “Blumberq” agentliyi yayıb.

Məlumata görə, “Şimal axını 2” ilə bağlı hesabat bu gün Konqresə təqdim edilə bilər. Yeni sanksiyalar siyahısında yalnız az sayda Rusiya ilə əlaqədar təşkilatların yer alacağı bildirilib.

Agentlik Baydenin Şimal Axını-2-nin dayandırılmasını reallaşdırmaq niyyətində olduğunu, amma eyni zamanda Avropadakı yaxın müttəfiqləriylə qarşıdurmaya getmək istəmədiyi bildirilib.