NAZİM İDEAL: Taleyi qaralmış adamlar həmişə ağ qarın həsrətini çəkib.
Tarix: 24.02.2021 / 22:15 •
Oxundu: 139 dəfə •
Arxada qalmış gələcəyinə pozitiv qatmaq amacıyla nostalji hisslərə sığınıb.
Qarın və İnsanlığın mahiyyətini qarnı ilə səhv salanlar Milləti elə günə salıblar ki, artıq İnsanlar qarın yağmasınıda uca Allahdan qorxa-qorxa diləyir.
Bilirlər ki, tutumlu qar yağacağı təqdirdə suyu, işığı, qazı, yolu itirəcəklər.
De-fakto,de-yure İnsanlar düşüncələrində heç də yanılmırlar.
Düşündükləri başlarına gəldi.
Bakı və Sumqayıtda intellektual idarəetməni,kazus idarəetmə əvəz etdi.
Azəravtoyolservis öz mahiyyətini mərkəzi yollara qum səpməklə de-şifre etdi.
Əksər zonalarda qaz-işıq kəsilib,sular donub.
Bu cür problemlərlə üzləşməyənlərin böyük əksəriyyəti Xalqa problem yaşadanlardı.
İstilalar,istibdadlar içərisində zülmə arxa olan əsas faktorlardan biri də məhz metronun bağlı saxlanılmasıdır.
Ola bilsin ki, müvafiq qurumların "rəhbərlərinin" gözlərini korrupsiya kayfı uydurub.
Lakin,amma,ancaq həmin "rəhbərlər" ötən günlərini, Bakının Yasamal,Sovetski,Kubinka,Alatava və digər məkanlarda məhz "podvolda" kirayədə yaşadıqlarl günləri yadlarına salsınlar.
Qaz,odun peçinə sarıldıqlarını unutmasınlar.
Nə olsun ki,ölkə də anti-təkamül dövrü prioritetdir.
Nə isə...
Qar BİZƏ yaraşır,zövq verir,əynimizə kip oturur.
Bizə yaraşmayan yalan-talan-yaltaqlıq-rüşvət-korrupsiya-əqidəsizlikdir!
İdarəetmə mexanizmi dürüst yerinə yetirilsə,yaraşıqlı olsa,qar da gözəl görsənər.
Ümid edək ki,bu qar iflic məmurları müalicə etməyə yardımçı olacaq və onlar oğurluqlardan silkinib, adam kimi Xalqa Xidmət etmək, Vətəndaş məmnunluğunun mahiyyətini bundan sonra anlayacaqlar.