Bu gün:


"Baku Medical Plaza"da ölüm hadisəsi

Tarix: 01.03.2021 / 13:44  •   Oxundu: 324 dəfə  •  

"Baku Medical Plaza" klinikasında ölüm hadisəsi baş verib. 
Qurbanova Aygün Bəysəfa qızı qeysəriyyə əməliyyatından sonra həyatını itirib. Bu barədə onun qayınatası Qurbanov Abdulqafur Abdurrahman oğlu Baş prokuror Kamran Əliyevə ünvanladığını müraciətdə bildirib. O, müraciətin bir surətini də redaksiyamıza yollayıb.

Şikayətçi yazır ki, hamilə olan gəlini 19 fevral 2021-ci il tarixdə "Baku Medical Plaza" klinikasına müraciət edib. Oranın həkimi Natı Musalı Aygün Qurbanovanı müayinə edərək bətnindəki körpənin sağlam olduğunu bildirib.

"Gəlinim bundan əvvəl də bir neçə dəfə - 29 yanvar və 15 fevral tarixlərində Natı həkim tərəfindən müayinə olunub. Həkim hər müayinədən sonra uşağın ana bətinində normal inkişaf etdiyni bildirib. Qeyd edilən tarixlərdə gəlnim Gülnurə həkim tərəfindən USM müayinəsi edilib. USM müayinəsindən sonra Natı həkim doğuşun 26 fevrala tarixi təyin olunduğunu, ancaq həmin gün Xocalı faciəsinin ildönümü olduğundan, həm də özünün Türkiyəyə gedəcəyi səbəbindən 24 fevraladək Aygünün doğum üçün gəlməsini deyib”, - Abdulqafur Qurbanov yazır.