Bu gün:


Ağalarovlar Azərbaycanda 7 restoran açacaq

Tarix: 16.03.2021 / 13:24  •   Oxundu: 103 dəfə  •  

“Crocus Group” 2021-2022-ci illərdə Azərbaycanın restoran bazarında mövcudluğunu gücləndirəcək.
Bu barədə holdinqin ortağı Emin Ağalarov “Kommersant”a açıqlamasında deyib.

O qeyd edib ki, şirkət 2021-2022-ci illərdə restoran layihələrinə təxminən 1 milyard rubl sərmayə qoymağı planlaşdırır:
“Təkcə 2021–2022-ci illərdə Bakıda və “Sea Breeze Resort”da yeddi yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələrimiz artıq tanınmış markalardır: “Zafferano”, “Edoko”, “Forte Bello”, “Fish Box”, “Cafe Milano”.

Hazırda “Crocus Group” şirkətinin idarə etdiyi restoranların ümumi sayı 52-dir. 2020-ci ildə qrupun biznesinin restoran hissəsinin dövriyyəsi üç dəfə azalıb, iki il ərzində isə şirkət bu göstəricinin 70% artacağını gözləyir.