Bu gün:


QATAR VURAN GƏNCLƏ BAĞLI ARAŞDIRMA BAŞLADILDI

Tarix: 16.04.2021 / 14:20  •   Oxundu: 57 dəfə  •  

Bu gün səhər saat 08:07 radələrində Bakı-Yalama elektrik qatarının vurduğu gənclə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma başladılıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər.

Məlumata görə, hadisə bu gün Bakı-Yalama elektrik qatarı Keşlə stansiyası ərazisində hərəkətdə olarkən baş verib:
"1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu qəflətən qatarın qarşısına çıxıb. P.Ələsgərov aldığı bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hüquq mühafizə orqanları araşdırma aparır".