Bu gün:


SUYUN QORXMAZ PROBLEMİ...

Tarix: 17.04.2021 / 09:26  •   Oxundu: 86 dəfə  •  

Vətəndaş məmnunluğunu bulanıq və yaxud da kanalizasiya "suları" ilə sintez edən "Azərsu" MMC  şefi Qorxmaz  Hüseynov  dövlət büdcəsindən oğurladığı milyonlar fonunda gözləri yalnız rüşvəti tərənnüm edir.

Abşeron Rayonu Görədil kəndinin "SU" problemi feodalizm qaydaları ilə tənzimlənir.

Məsələn, Əliağa Vahid küçəsinin məmur sakinlərinin həyətində niaqara bərq vurduğu halda,sıravi vətəndaşlar,Qarabağ Qaziləri,Şəhid Ailələrinə məxsus evlərdə su ümumiyyətlə yoxdur və çəkiliş üçün Qorxmazın dövlətdən və qanunlardan qorxmayan çetesi nə az,nə çox 3000 (üç min) manat başlıq tələb edirlər.

Nepotizm fəlsəfəsi üzrə "Azərsu"nu  bazarkanalı ilə səhv salmış  savadsız-harın "kadr"lar ölkəni öz qənimətləri hesab edir və dövlət-vətəndaş münasibətlərinin mahiyyətini dərk edən yoxdur.

Sofia Sofulu.