Bu gün:


RUSİYA HƏRBÇİLƏRİ XOCALI HAVA LİMANINDA...

Tarix: 19.04.2021 / 10:35  •   Oxundu: 103 dəfə  •  

Azərbaycan Respublikasının Qarabağ torpaqlarında yerləşən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünə  təsadüf edən təntənəli yürüş üçün təlimlərə başlayıblar.

İDEAL Media.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə,  Xocalı hava limanında keçirilən təlimə  400-dək rus hərbçisi cəlb olunub. 
 
“Təntənəli yürüş üçün məşqlərdə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsasını təşkil edən Mərkəzi Hərbi Dairənin 15-ci əlahiddə moto-atıcı  briqadasının (sülhməramlı) şəxsi heyəti iştirak edirlər. Bundan əlavə, Humanitar Reaksiya Mərkəzinin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissə, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri də məşqlərə cəlb olunur.

Zəfərin 76-cı ildönümü günü - 9 May 2021-ci il tarixində təntənəli yürüşdə hər biri 45 hərbçidən ibarət 10-a qədər hərbi “qutu”nun  iştirak edəcəyi planlaşdırılır” – xəbərdə belə deyilir.