POLİS AŞKAR OĞURLUQ FAKTINA HÜQUQİ QİYMƏT VERƏCƏKMİ ?
Tarix: 22.04.2021 / 17:04 •
Oxundu: 143 dəfə •
20 mart 2020-ci il tarixdə İDEAL Redaksiyasından oğurlanmış 15.000 manat pul,texniki avadanlıqlar,sənədlər toplusu və.s,ilə bağlı Prokurorluq və DİO-na edilən "müraciət" lər bu günə kimi sobataj edilsədə,Nəsimi rayon Prokurorluğu Nəsimi Rayon 22-ci PB-nin təhqiqatçısı, Polis mayoru Nadir Rza-zadənin qondarma "qərarı"nı ləğv edərək,yenidən araşdırılması üçün digər təhqiqatçı,Polis kapitanı Emin Qaralovun icraatına verilmişdir.
Artıq bütün şahidlər dindirilib və izahatları alınıb.
Növbə aşkar oğurçunun əməllərinə hüquqi qiymət verməkdir.
Dövlətçilik İdeallarına dəyər vermək iqtidarında olan rəsmi şəxslərin problemə ciddi yanaşacaqlarına və hüquqi dövlətin mahiyyətinə uyğun tədbir görülməsinə zəmin yaradılacağına ümid edirik.
Mövzu diqqətimizdədir.
Sofia Sofulu
