Bu gün:


ABŞ-IN PATRUL GƏMİSİ İRANIN GƏMİLƏRİNİ QOVDU ...

Tarix: 28.04.2021 / 12:12  •   Oxundu: 143 dəfə  •  

Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi, İslam İnqilabı Keşikçiləri Korpusuna aid olduğu güman edilən üç gəmiyə bir neçə xəbərdarlıq atəşi açıb.
 
Atəş üç gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə yaxınlaşdıqdan sonra baş verib.
 
“ABŞ ekipajları bir neçə dəfə birbaşa radio və səsgücləndirici ilə xəbərdarlıq ediblər, lakin İİKK gəmiləri yaxın məsafədən manevr etməyə davam ediblər. Sonra ABŞ gəmi heyəti xəbərdarlıq atəşi açıb",- deyə məlumatda bildirilir.
 
Bundan sonra İİKK gəmilərinin ABŞ gəmilərindən təhlükəsiz bir məsafəyə çəkildiyi qeyd olunur.