Bu gün:


7 AYLIQ OĞURLUQ CİNAYƏTİ BAKI ŞƏHƏR PROKURORLUĞUNUN HÜZURUNDA

Tarix: 30.04.2021 / 17:39  •   Oxundu: 367 dəfə  •  

İDEAL MEDİA GROUP-un nəzarətdə saxladığı və aylardı ki, hüququ dövlətin yolunu gözləyən İNSAN və Vətəndaş Hüquq və Əsas Azadlıqlarının qorumağa məsul edilmiş Bakı Şəhəri, Nəsimi Rayon Polis və Prokurorluq Orqanlarının 20 Noyabr 2020-ci il tarixdən sobataj etdiyi OĞURLUQ  cinayəti üzrə iş materialları yenidən sobataj karuselinə mindirib geri qaytarıldığı barədə yenidən məlumat aldıq.

Bakı şəhəri,Nəsimi Rayonu 28 may küçəsi 14 ünvanında baş vermiş oğurluq hadisəsini həmin rayonun  22-ci Polis Bölməsinin Nadir Rza-Zadədən sonra, zərərçəkmiş şəxsin hüquqları əleyhinə əziyyət çəkən təhqiqatçısı Emin Qaralov əmlakları oğurlanmış şəxslərin ifadəsini aldıqdan sonra, Nəsimi Rayon Prokurorluğuna və ardıncada Bakı Şəhər Prokurorluğuna göndərildiyini bildirir.

Heç bir hörmətə və nüfuza malik olmayan,yalnız alqı-satqı predmetinə çevrilmiş AR-sı qanunlarını aciz duruma salan məmurların despotiyası səbəbindən artan narazılıqlar, diskriminasiyalar ortadadır.

Zərərçəkmiş ŞƏXSLƏRƏ məxsus oğurlanmış 15.000 manat pulu və 4 ədəd notebook,şəxsi əşyalar,sənədlər və.s,birbaşa və dolaysıyla oğruçu tərəfindən etiraf edilsədə,HMO-rı direktivlərin yolunu hələdə gözləməkdədir.

Oğurluğun dövlət sirri və məxfi olmadığını şüurlu həyat yaşayan hər kəs bilir.

O halda, MƏXFİ OLMAYAN HƏR ŞEY AŞKARLIĞIN MÜSBƏT NƏTİCƏSİ OLMALIDIR!

O zaman niyə olmur?

Kimdir Dövləti və maraqlarını satan?

Bakı Şəhər Prokurorluğu şəxsi və korporativ maraqlara xidmət edənlərin absurd məruzələrindən fərqli mövqe sərğiləyəcəyinə inamdan dolayı gözləyək...

Rüfət Kamil